• $
  • €
  • ₽
  • ₺
  • £

Tanınmış şirkət rəhbərinin ailə üzvlərinin də mülkünə həbs qoyulub

Tanınmış şirkət rəhbərinin ailə üzvlərinin də mülkünə həbs qoyulub
24.02.2021 21:03
Azərbaycanda Mənzil İnşaatı Dövlət Agentliyi üçün binalar tikən "KAT Holdinq”in rəhbəri Elçin Ələkbərovun cinayət işi üzrə istintaq davam edir.

Anews.az-ın verdiyi xəbərə görə, səkkiz aya yaxındır davam edən ibtidai istintaqın yaxın günlərdə bitməsi və işin araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi gözlənilir.

E.Ələkbərovun həyat yoldaşı Olqa Ələkbərova bildirib ki, istintaq çərçivəsində dəyən zərərə görə ərinin, özünün, övladlarının və onun anası Lidiya Deqtyarevanın adına olan mənzillərin üzərinə də həbs qoyulub.


O.Ələkbərova özünün və anasının adına olan, hazırda yaşadıqları evlərin üzərinə qoyulan həbsin götürülməsi üçün bir neçə dəfə məhkəməyə müraciət edib.

Belə ki, birinci dəfə iki mənzilə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qoyulub. Bakı Apellyasiya Məhkəməsi isə bu qərarı ləğv edib.

Bundan sonra istintaq orqanı yenidən məhkəməyə müraciət edib. Binəqədi Rayon Məhkəməsi yenidən eyni mənzillərin üzərinə həbs qoyub. İkinci dəfə isə Bakı Apellyasiya Məhkəməsi həbs qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Azərbaycanda bizneslə məşğul olan Litva vətəndaşı Povilas Pociusa "KAT Holdinq”lə müqavilə imzalayaraq 3 milyon 26 min manat ödəniş edib və əvəzində holdinqin 50 faizi payına sahiblik edib.

"KAT Holdinq”lə Povilas Pociusa arasında inşa ediləcək binalardan 6 mənzil, 2 qeyri-yaşayış sahəsinin veriləcəyinə dair müqavilə imzalanıb, həmçinin, şirkətin balansında olan zavod da girov qoyulub. Beləliklə, 3 milyon yatırımın əvəzində təxminən 10 milyonluq mülk girov qoyulub.

Bir müddət sonra Povilas Pociusa pulunu geri tələb edib və polisə şikayət ünvanlayıb. Ötən il Xətai RPİ-də Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq; külli miqdarda törədildikdə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui‐istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılsa da, istintaq zamanı bunun mülki məsələ olduğu, cinayət tərkibi olmadığı müəyyən edilib və cinayət işinə xitam verilib.

Litva vətəndaşı Povilas Pociusa bu dəfə prokurorluğa şikayət edib. Korrupsiyaya qarşı Mübarizə İdarəsində Elçin Ələkbərova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və o həbs edilib.

"KAT Holdinq” MİDA-nın Yasamal kompleksində 3 bina tikib, razılığa görə, tikdiyi binalardan ikisi şirkətdə qalıb, satışı da onlar özləri həyata keçirib. Həmin iki binanın tikintisi yekunlaşmadığı üçün mənzil sahibləri MİDA-ya və mətbuata müraciət ediblər. Məlum olub ki, narazılıq olan binalar kompleksin ərazisində olsa da, MİDA-ya aid deyil

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:28
Bu ərazilərdə işıq olmayacaq
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Cəmiyyət 21:55
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 21:20
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Cəmiyyət 20:15
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Cəmiyyət 19:30
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Cəmiyyət 18:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Cəmiyyət 17:35
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Cəmiyyət 17:12
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol