• $
  • €
  • ₽
  • ₺
  • £

ASA ilə Sosial Tədqiqatlar Mərkəzi arasında Memorandum imzalandı

ASA ilə Sosial Tədqiqatlar Mərkəzi arasında Memorandum imzalandı
09.03.2021 12:46
Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Sosial Tədqiqatlar Mərkəzinin rəhbər heyəti arasında görüş keçirilib.

ASA-dan verilən məlumata görə, görüşdə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini, millət vəkili Elşad Mirbəşir oğlu Mərkəz haqqında məlumat verərək həyata keçirilən layihələrdən danışıb.

Baş verən proseslərin cəmiyyətə təsir imkanlarının müəyyənləşdirilməsi məqsədi ilə Mərkəzin reallaşdırdığı tədqiqat və sorğu fəaliyyətinin vacibliyinə toxunan sədr müavini, növbəti mərhələdə məhz bu kimi addımlarla önəmli bir maliyyə seqmenti olan sığorta sahəsinin inkişafında da maraqlı olduqlarını bildirib.
 
Mərkəz rəsmisi eyni zamanda son dövrlər sığorta sahəsində xüsusi bir canlanma yarandığını və bu müsbət dəyişiklikdə Sığortaçılar Assosiasiyasının önəmli rol oynadığını xüsusi qeyd edib.

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev də öz növbəsində ASA haqqında ətraflı məlumat verib. İcraçı direktor Mərkəzin fəaliyyətini yaxından izlədiklərini və həyata keçirilən layihələrin mövcud vəziyyətdə yaratdığı müsbət təsirlərin müşahidə edildiyini bildirib. Assosiasiyası rəhbəri həmçinin iki qurum arasında təmin olunan bu əməkdaşlığı yüksək qiymətləndirərək. O, həmçinin növbəti mərhələdə aparılacaq sorğu və tədqiqatlar nəticəsində sığorta sektorundakı fundamental problemlərin aşkarlanmasında, onların tez zamanda aradan qaldırılmasında və bununla da ölkə iqtisadiyyatının dayanıqlı inkişafında maraqlı olduqlarını bildirib.

Görüşün sonunda Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Sosial Tədqiqatlar Mərkəzi arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb.





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol