• $
  • €
  • ₽
  • ₺
  • £

Bundan sonra bu şirkətlər VÖEN ilə işçi işlədə bilməyəcək – Qanun dəyişir...

Bundan sonra bu şirkətlər VÖEN ilə işçi işlədə bilməyəcək – Qanun dəyişir...
09.03.2021 21:30
Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

İclasın gündəliyinə daxil edilən 8 məsələdən biri də ikinci oxunuş üçün müzakirəyə çıxarılan Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsidir.

Qeyd edək ki, Əmək Məcəlləsində dəyişiklik edilməsi nəzərdə tutulan maddələrdən biri 7-ci maddədir. Məcəllənin 7-ci maddəsinə edilən dəyişiliklər qəbul olunduqdan sonra bir çox sahələrdə əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə (VÖEN ilə çalışanlar) rəsmiləşdirilməsinə yol verilməyəcək. 

Məcəlləyə dəyişillik təklifində qeyd olunur ki, tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, həmçinin  tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda yazılı əmək müqaviləsi bağlanmalıdır.

Məsələn, işəgötürənin əsas fəaliyyət sahəsi tibbi xidmət (xəstəxana) sahəsinə aidsə, o zaman işə götürüləcək həkimlər və digər tibb işçilərilə mülki hüquqi müqavilə (VÖEN ilə) bağlaya bilməyəcək. Belə şəraitdə əmək münasibətləri yalınz əmək müqaviləsilə rəsmiləşdiriləcək. 

Yaxud, hər hansı bir Kütləvi İnformasiya Vasitəsi (KİV) əsas fəaliyyət sahəsinə aid olan peşə və vəzifəyə qəbul etdiyi işçilərlə (redaktor, müxbir, korrektor və s.)  yalnız əmək müqaviləsi bağlaya biləcək. 

İşgəgötürən üçün hansı daha sərfəlidir: mülki hüquqi, yoxsa əmək müqaviləsi?

Mövcud qanunvericiliyə görə, mülki hüquqi müqavilə (VÖEN ilə) ilə "işçi” çalışdıran müəssisələr vergi və sosial ödənişlərlə bağlı öhdəlik daşımır. Öhdəlik VÖEN ilə çalışan şəxslərə aiddir. VÖEN ilə "işçi” çalışdıran sahibkar hüquqi şəxsdirsə, o zaman həmin şəxs gəlir vergisi ödəyicisi kimi gəlirlərinin (əmək haqqı) 5%-ni həcmində vergi ödəməlidir. Bundan başqa VÖEN-lə çalışan şəxslər 1 yanvar tarixindən 62,5 manat sosial sığorta haqqı və 10 manat  icbari tibbi sığorta haqqı ödəyəcək.

Əmək müqaviləsi bağlandığı zaman isə işəgötürən və işçinin aşağıdakı öhdəlikləri olacaq: İşçi 8000 manatdan yuxarı əmək haqqı almadığı müddətcə, heç bir gəlir vergisi ödəməyəcək. Bildiyimiz kimi, 1 yanvar 2019-cu ildən 8000 manatdək  əmək haqqı alanlar 7 il müddətində gəlir vergisindən azad olunub. 

İşəgötürən 200 manatdan yuxarı əmək haqqı üçün 44 manat + 200 manatdan çox olan hissənin 15%-i, içşi isə 6 manat + 200 manatdan çox olan hissənin 10%-i həcmində sosial sığorta haqqı ödəyəcək. Məsələn, əgər işçinin rəsmi maaşı 300 manat təşkil edirsə, o zaman işəgötünən 59 manat, işçi isə 10 manat sosial sığorta haqqı ödəyəcək.

Bunlardan başqa işəgötürən əmək haqqı fondundan 0,5%, işçi isə öz əmək haqqından 0,5% işsizlikdən sığorta haqqı ödəyəcək. Eyni zamanda işəgötürən əmək haqqı fondundan 1%, işçi isə öz əmək haqqından 1% icbari tibbi sığorta haqqı ödəyəcək. (yeniavaz.com)
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol