• $
  • €
  • ₽
  • ₺
  • £

Sevgilisi tərəfindən yandırıldığı deyilən oğlanın anası danşdı - YENİLƏNİB

Sevgilisi tərəfindən yandırıldığı deyilən oğlanın anası danşdı - YENİLƏNİB
09.03.2021 15:38
Bərdə rayonunda 1996-cı il təvəllüdlü Əliəhəd Eyvazovun üzərinə yanar maye tökülərək yandırılması ilə bağlı zərərçəkənin anası Sevil Eyvazova danışıb. 

O, "Qafqazinfo”ya açıqlamasında bildirib ki, martın 7-də Bərdə rayon sakini, həkim Natiq Məmmədov Əliəhədə zəng edərək onu Bərdəyə çağırıb: 

"Deyib ki, gəl kişi kimi söhbət edək. Natiq onu restorana aparıb spirtli içki içirdib, sonra da evinə aparıb”.

S.Eyvazovun iddiasına görə, orada Natiq Məmmədov və qardaşı oğlu Orxan Əliəhədin qollarını tutub, qızı isə butulkadan yanar maye tökərək onu yandırıb: 

"Sonra isə qız və anası Əliəhədin qollarını tutaraq onu özünü söndürməyə imkan verməyiblər. Bunun ardınca qız balta gətirərək Əliəhədin başını kəsmək istəyib, bunun da izləri qalıb”.

Məlumata görə, Ə. Eyvazov Natiq Məmmədovun qızını sevirmiş. N. Məmmədovun rayon ərazisində sahibkarlıqla məşğul olduğu deyilir.

Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib, araşdırma aparılır. 
---------
Bakı şəhər sakini yanıq xəsarəti ilə Bərdədə xəstəxanaya yerləşdirilib.   

1996-cı il təvəllüdlü Eyvazov Əliəhəd Mehman oğlu ağır yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub.

Ə. Eyvazov ilkin ifadəsində sevdiyi qızın ailəsi tərəfdən yandırıldığını bildirib.

Xəstəxanadan verilən məlumata görə, Ə. Eyvazova ilkin yardım göstərilib, ailəsi onun müalicənin davam etdirmək üçün Bakı şəhərinə aparır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. (apa)
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol