İntihar edən məktəblilərin müəllimi DANIŞDI: "Biz də şokdayıq"

"Əfruz və Mətanət hər ikisi yaxşı oxuyub, fəal, əlaçı şagird olublar", bunu Lökbatanda intihar edən Qobu qəsəbəsi 2 nömrəli orta məktəbin 11-ci sinif şagirdlərinin müəllimi deyib.
"Əfruz və Mətanət hər ikisi yaxşı oxuyub, fəal , əlaçı şagird olublar. Onların istəyir müəllimlər, istəyir şagirdlərlə heç bir problemi yox idi. Biz özümüz də şokdayıq. Çünki uşaqlar ağlagəlməyən addım atıblar. Onlar bizim məktəbimizin gülü idi. Heç kim o uşaqların intihar edəcəyini gözləmirdi. Biz onları nə qədər sevirdik, əzizləyirdik. Onlayn da olsa, dərslərimizə qoşulurdular. Amma nə yazıq, belə oldu” -, deyə müəllimlərdən biri qeyd edib.
Martın-9-da intihar edən 2004-cü il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və Səmədova Əfruz Rafiq qızı 9mərtəbəli binadan özünü atıb və anındaca ölüblər.
Baş Prokurorluq hadisə ilə bağlı cinayət işi açıb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























