• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtda quyuda meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub

Sumqayıtda quyuda meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub
15.03.2021 19:17
2020-ci il dekabrın 18-i Sumqayıt şəhər sakini 1979-cu il təvəllüdlü Əmirov Xanəli Əlişan oğlunun itkin düşməsi ilə bağlı Sumqayıt şəhər Polis idarəsinə daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin "isti izlər”lə açılması təmin edilərək itkin düşmüş Xanəli Əmirovun qəsdən öldürülməsi müəyyən edilib.

Baş Prokurorluqdan Anews.az-a verilən məlumata görə, araşdırmalarla zərərçəkmişin tanışı 1997-ci il təvəllüdlü Rəhimov Yusif Hafiz oğlunun 18 dekabr 2020-ci il tarixdə Xanəli Əmirovun Sumqayıt şəhəri, H.Z.Tağıyev ünvanında yaşadığı evə gələrək şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməsi və meyitini qəsəbədə yerləşən məktəbin zirzəmisinə ataraq yandırmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Yusif Rəhimovun dayısı Rəşidov Tehran Ədalət oğlunun cinayəti törətməkdə istifadə edilən cinayət alətini təmin etməklə, məsləhət və göstəriş verməklə, habelə cinayətin izlərini gizlətməklə Yusif Rəhimova köməklik etməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Yusif Rəhimov və Tehran Rəşidov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin edilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə intensiv istintaq tədbirləri davam etdirilir

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol