• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir növ etibarnaməni notariusa getmədən vermək mümkün olacaq - YENİLİK

Daha bir növ etibarnaməni notariusa getmədən vermək mümkün olacaq - YENİLİK
16.03.2021 14:26
Azərbaycanda mobil notariat tətbiqinə yeni xidmət əlavə edilib. Artıq bu gündən tətbiq vasitəsilə banklarda istifadə üçün etibarnamələrin verilməsi başlanılıb.

Bu barədə bu gün keçirilən onlayn brifinqdə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı Zaur Həsənov məlumat verib.

O bildirib ki, ilkin mərhələdə mobil notariat tətbiqnə vətəndaşlarda inam az oldu:

"İlkin günlərdə inam az olduğu üçün tətbiqdən istifadə az olub. Lakin, getdikcə mobil notariat tətbiqindən istifadə artdı. Xüsusilə də pandemiya dövründə bu daha çox özünü göstərdi. İlk olaraq tətbiq vasitəsilə avtomobillərə, vəkillərə, pulsuz və güzəştli dərman yardımı almaq hüququ olan şəxslərə etibarnamələrin verilməsi və s. xidmətlərlə başlanıldı.

Bu gün mobil notariat tətbiqi istifadəçilərinin sayı 100 mini ötür. Dövlət qurumları tərəfindən tətbiq edilən mobil tətbiqlər arasında ilk üçlükdə yer alır.
 
Vətəndaşlarda bu sistemə maraq günbəgün artır”.

Azərbaycanda mobil notariat tətbiqilə banklarda istifadə üçün etibarnamələrin verilməsinə də  başlanılıb:

"Artıq tətbiqin yeni versiyası istifadəyə verilir. Bu gündən banklarda istifadə üçün etibarnamələrin verilməsi başlanılıb. Vətəndaş olduğu yeri tərk etmədən mobil notariat tətbiqi üzərindən videoyazı vasitəsilə istədiyi şəxsə bankda təmsil olunması üçün etibarnamə verəcək. Tətbiq fasiləsiz işləyir, bayram və istirahət günləri də daxil olmaqla sutka ərzində fasiləsiz fəaliyyət göstərir”, - deyə o, qeyd edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol