• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell şirkəti “YAŞAT” Fondunun daha bir təşəbbüsünə qoşulub

Bakcell şirkəti “YAŞAT” Fondunun daha bir təşəbbüsünə qoşulub
19.03.2021 14:33
"YAŞAT” Fondunun və "Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə şəhid ailələri və  tibb müəssisələrində yataq şəraitində müalicə alan ağır yaralanan qazilərimizə Novruz sovqatlarının paylanılması təşəbbüsünə Bakcell şirkəti də qoşulub.

Layihə çərçivəsində tərəfdaş təşkilatların dəstəyi ilə hazırlanmış bayram sovqatlarından ibarət  qutuların şəhid ailələri və yataq şəraitində müalicə alan ağır yaralanan qazilərimizə çatdırılması nəzərdə tutulur.

Məqsəd müvafiq kateqoriyadan olan şəxslərin daim, o cümlədən Novruz bayramı ərəfəsində diqqət mərkəzində saxlanılması,  onların sosial qayğı ilə əhatə olunmasıdır.

"YAŞAT" Fondu şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin müraciətlərini diqqət mərkəzində saxlayır, onların müxtəlif ehtiyaclarının qarşılanması üzrə işləri davam etdirir.

Qeyd edək ki, "Bakcell”in daxil olduğu "NEQSOL Holding”in tərkibində olan şirkətlər "YAŞAT” Fonduna ümumilikdə 1,2 milyon manat məbləğində vəsait köçürüblər. 

Həmçinin, Bakcell şirkəti Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək göstərmək istəyən abunəçilərinə  "YAŞAT” fonduna öz balanslarından ianə etmək fürsəti təqdim edib. YAŞAT fonduna edilən ianə üçün göndərilən SMS tamamilə pulsuzdur.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol