• $
  • €
  • ₽
  • ₺
  • £

Peşə liseyində pozuntulara yol verən rəhbərlik işdən çıxarıldı, cinayət işi açıldı

Peşə liseyində pozuntulara yol verən rəhbərlik işdən çıxarıldı, cinayət işi açıldı
19.03.2021 20:35
Tovuz Peşə Liseyinin fəaliyyəti ilə bağlı barədə daxil olan çoxsaylı şikayətlər əsasında 2021-ci ilin fevral ayında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən müəssisədə əsaslı monitorinq həyata keçirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Anews.az- bildirilib ki, alınmış izahatlardan, o cümlədən, iş üzrə digər sübutlara baxılaraq müəssisə rəhbərliyinin istehsalat tədris proqram sənədlərinin tərtibi, tədris işlərinin planlaşdırılması və uçotu, metodik işlərin təşkil edilməsi, liseyin tədris-istehsalat fəaliyyətinə dair hesabat və uçot işlərinin həyata keçirilməsi, tələbələrə təqaüdlərin ödənilməsi, dövlət əmlakının idarə edilməsi və səmərəli istifadə olunması ilə bağlı normativ hüquqi aktların tələblərini pozaraq dövlət büdcəsinə və əmlakına zərər vurduğu, bununla da əmək vəzifələrini kobud şəkildə pozduqları müəyyən edilib.

Qanun pozuntularına yol verilməsinə kifayət qədər şübhələr yaradan sənədlər, o cümlədən, tələbələrə məxsus təqaüd kartları və istintaq üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək qeydiyyata alınıb.

Yoxlamanın yekun nəticəsi olaraq, 16 mart tarixindən Tovuz Peşə Liseyinin bir sıra rəhbər şəxsləri ilə bağlanmış əmək müqaviləsinə xitam verilib və iş üzrə toplanmış faktlar araşdırılması üçün müvafiq olaraq hüquq-mühafizə orqanlarına təqdim edilib.

Hazırda Peşə Təhsili üzrə Dövlət Agentliyinin təqdimatı əsasında digər 3 peşə təhsil müəssisəsinin rəhbər şəxsləri barəsinə prokurorluq orqanlarına cinayət-istintaq işi aparılır

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol