• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda tətbiq edilən vaksinlərlə bağlı nazirlikdən açıqlama

Azərbaycanda tətbiq edilən vaksinlərlə bağlı nazirlikdən açıqlama
14.06.2021 13:05
"Vətəndaşlarımız hazırda ölkəmizdə tətbiq olunan 4 peyvənddən istədiyini seçə bilər”.

Anews.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssisi Səbinə Babazadə deyib. O qeyd edib ki, hazırda ölkəmizdə Çinin "Sinovac Biotech” (SVA.O) şirkəti tərəfindən istehsal olunan "COVID-19”a qarşı "CoronaVac” peyvəndi, Oksford Universitetində İngiltərə və İsveç alimləri tərəfindən yaradılan "AztraZeneca” ("Vaxzevria”), Rusiyanın Gamaleya Universitetində yaradılan "Sputnik V” və "Pfizer” - Almaniya biotexnologiya şirkəti BioNTech tərəfindən Amerika Pfizer və Çinli Fosun Pharma ilə birlikdə hazırlanmış "COVID-19” əleyhinə mRNT əsaslı peyvəndlər istifadə olunur.

"Azərbaycan hökuməti tərəfindən "COVAX” platformasının dəstəyi ilə AstraZeneca-SKBio (Cənubi Koreya) tərəfindən istehsal olunan "AstraZeneca” vaksini də ölkəmizdə tətbiq edilir. Aparılan genişmiqyaslı sınaqlar göstərib ki, o, "COVID-19” virusunun geniş yayılmasının qarşısının alınmasında yüksək dərəcədə təsirlidir. Bəzi məlumatlar onun 70 faiz effektiv olduğunu bildirsə də, tədqiqatçılar təkmilləşdirməklə bu rəqəmin 90 faizə qədər çatdırıla biləcəyini söyləyirlər.

Vaksin vektor üsulu ilə hazırlanıb. Bu üsül yenilik deyil, vektor üsulu ilə vaksinlərin tətbiqinə 1990-cı illərdə başlanılıb. Orqanizm xarici bir zülalla təmasdan sonra virusa qarşı anticismlər istehsal etməyə başlayır. Peyvəndi adi məişət soyuducularında müvafiq temperaturlarda sabit saxlamaq olar və iki dozalıdır.


"Sinovac” peyvəndinin əsas üstün cəhətlərindən biri – standart soyuducuda 2-8 dərəcədə saxlanılmasının mümkünlüyüdür.


"Oxford-AstraZeneca” peyvəndi də eyni cür saxlanılma imkanında olsa da, "Pfizer” peyvəndini mənfi 70 dərəcədə saxlamaq tələb olunur. Bu o deməkdir ki, həm "Sinovac”, həm də "Oxford-AstraZeneca” peyvəndləri bu qədər aşağı temperaturda çox miqdarda peyvənd saxlaya bilməyən inkişaf etməkdə olan ölkələr üçün daha əlverişlidir”.


S. Babazadə həmçinin bildirib ki, Rusiyanın "Sputnik V” vaksini insan adenovirusu əsasında iki inyeksiya üçün eyni vektordan istifadə edən vaksinlərlə müqayisədə daha güclü və uzunmüddətli immun cavabını təmin etməyə imkan verən iki müxtəlif vektorun kombinasiyasının unikal texnologiyasından istifadə edir. Birinci və ikinci immunizasiya üçün iki müxtəlif adenovirus vektorunun tətbiqi üzrə sxem birinci immunizasiyadan sonra formalaşan ilk vektor immunitetinin qarşısını almağa imkan verir və bununla da ikinci inyeksiyanın səmərəliliyini artırır və uzunmüddətli immunitet yaradır.


Koronavirusa qarşı mövcud olan qabaqcıl vaksinlər arasında hazırda yalnız "Sputnik V” iki müxtəlif vektor texnologiyasına malikdir. Kliniki sınaqların nəticəsi olaraq "Sputnik V”nin yüksək effektivlik – 91.6%, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Elmi sınaqların nəticəsi olaraq açıqlamada qeyd olunub ki, "Sputnik V” peyvəndi ağır xəstəlik hallarına qarşı tam qorunmanı təmin edir və yeniləri də daxil olmaqla koronavirusun bilinən bütün variantlarına qarşı eyni dərəcədə təsirlidir.


Nazirlik rəsmisinin sözlərinə görə, "Pfizer-BioNTech” peyvəndinin hazırlanmasında mRNT olan lipid örtüklü nanohissəciklər istifadə olunub. Peyvəndlərin ənənəvi hazırlanan texnologiyalardan fərqli olaraq, "Pfizer” mənfi 70 dərəcədə saxlanılmalıdır. Bunun üçün xüsusi avadanlıq lazımdır. "Pfizer-BioNTech” vaksininin qoruyucu təsiri ilk dozadan 12 gün sonra inkişaf etməyə başlayır.


"İki doza” tələbi Azərbaycanda tətbiq olunan bütün vaksinlərə ("CoronaVac”, "AstraZeneca”, "Sputnik V” və "Pfizer”) aid edilir. Azərbaycan peyvəndləməyə başlayan ilk ölkələrdən biridir. Artıq ölkəmizdə 18 yaşdan yuxarı heç bir məhdudiyyət yoxdur, hər kəs peyvənd oluna bilər. Seçimə gəldikdə isə, vətəndaşın öz seçimidir. Vətəndaşlarımız hazırda ölkəmizdə tətbiq olunan 4 peyvənddən istədiyini seçə bilər”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol