• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gündən lisey və gimnaziyalara imtahanlar başlayıb

Bu gündən lisey və gimnaziyalara imtahanlar başlayıb
16.06.2021 12:07
Bu gündən Təhsil Nazirliyinin birbaşa tabeliyində olan, eləcə də Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara qəbul imtahanlarına start verilib.


Nazirlikdən Anews.az-a verilən məlumata görə, imtahanlar 17, 18 və 21 iyun tarixlərində davam edəcək.


Qəbul imtahanlarında 11 minə yaxın şagirdin iştirakı gözlənilir. V-IX sinif şagirdləri arasında keçirilən imtahanlar Bakı şəhəri ilə yanaşı, Gəncə, Şirvan və Şəki şəhərləri, Quba və Şəmkir rayonlarında da təşkil olunur. İmtahan zamanı şagirdlər Azərbaycan dili və riyaziyyat fənləri ilə yanaşı, məntiqi təfəkkürün yoxlanılması üçün qapalı test tapşırıqlarını cavablandıracaqlar. Yuxarı sinif şagirdlərinə isə əlavə olaraq fizika və kimya fənləri üzrə tapşırıqlar təqdim olunacaq.


Qeyd edək ki, imtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) "İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla imtahan iştirakçıları üçün hazırlanmış təlimata uyğun təşkil edilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol