Nazirlik: 700-dək qaziyə əlillik dərəcələri təyin olunub

Tarixi zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində yaralanmış hərbçilərin əlilliklərinin qiymətləndirilməsi işləri davam edir. Bu günədək artıq 700-dək qaziyə ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar əlillik dərəcələri təyin olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, komissiya tərəfindən onlar səyyar formada əyani müayinədən keçirilib. Qazilərin sənədləri sürətlə rəsmiləşdirilərək e-sistemə daxil edilməklə və hərbi həkim komissiyalarından şəhadətnamələr təqdim edildikdən sonra yekun mərhələ kimi Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi onların əlilliklərini qiymətləndirir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:31
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli























