• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllim işləmək istəyənlərin nəzərinə

Müəllim işləmək istəyənlərin nəzərinə
22.06.2021 19:18
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) yanında Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) vakant vəzifələrə qəbul elan edib.
"Ölkə.Az" xəbər verir ki, Akademiyanın 4 kafedrası üzrə müəllimlər işə qəbul edilir.
 
Vakansiyalar əsasən aşağıdakı bölmələr üzrədir:

"Gəmiqayırma və gəmi təmiri kafedrası” üzrə "Gəmi nəzəriyyəsi”, "Gəminin quruluşu və nəzəriyyəsi” (azərbaycan və ingilis dillərində) – 0,5 ştat, baş müəllim

"Gəmi energetik qurğuları kafedrası” üzrə "Hidromexanika” (ingilis dilində) – əvəzçilik və yaxud saathesabı, dosent və yaxud professor
"Dəniz naviqasiyası” kafedrası üzrə "Naviqasiya” (ingilis dilində), "Gəmi sürücülüyünün naviqasiya təminatı” (ingilis dilində), "Dənizçilik astronomiyası” (ingilis dilində), "Beynəlxalq konvensiyalar” (ingilis dilində), "Fəlakət zamanı qlobal dəniz rabitə sistemi” (ingilis dilində) – saathesabı baş müəllim

"Humanitar fənlər” kafedrası üzrə "Fəlsəfə” (ingilis dilində) – saathesabı dosent və yaxud professor, "Rus dili” – saathesabı dosent və yaxud professor

İşə qəbul zamanı beynəlxalq xülasələndirmə və indeksləşmə sistemlərinə daxil olan dövri elmi nəşrlərdə dərc olunmuş məqalələri çap edilən namizədlərə üstünlük veriləcək. Arzu edənlər bu elan dərc ediləndən 30 gün müddətində rektorun adına yazılmış ərizə ilə birlikdə tələb olunan sənədləri ADDA-nın əsas binasına təqdim etməlidirlər. Sənədlərin siyahısı bunlardır:

- Şəxsiyyət vəsiqəsinin surəti;
- Kadrlar uçotunun şəxsi vərəqəsi;
- Tərcümeyi-hal;
- Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
- Elmi və elmi-metodiki işlərin siyahısı.

ADDA-nın əsas binası Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 18 ünvanında (metronun "Sahil" stansiyasının yaxınlığında) yerləşir. Suallar yarandıqda (012) 404 37 00 (daxili: 3239) nömrəsi ilə əlaqə saxlamaq olar.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol