• $
  • €
  • ₽
  • ₺
  • £

DİM-dən dövlət qulluğuna qəbulla bağlı YENİLİK

DİM-dən dövlət qulluğuna qəbulla bağlı YENİLİK
24.06.2021 12:41
Dövlət qulluğunda ehtiyat kadrlarla işin səmərəliliyinin və effektivliyinin artırılması məqsədilə DİM tərəfindən xüsusi proqram təminatı - Ehtiyat Kadrların Elektron Sorğu Sistemi yaradılıb.
 
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, müsabiqədən müvəffəqiyyətlə keçmiş, lakin vəzifəyə təyin edilməmiş, habelə dövlət orqanının ləğvi və dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər dövlət qulluğunda ehtiyat kadrlar siyahısına daxil edilirlər. Ehtiyat kadrlar dövlət orqanlarında analoji vakant vəzifələrə (tutulma şərtləri uyğun olan vəzifə) təyin edilirlər.

Dövlət qulluğunda ehtiyat kadrlarla işin səmərəliliyinin və effektivliyinin artırılması məqsədilə DİM tərəfindən xüsusi proqram təminatı - Ehtiyat Kadrların Elektron Sorğu Sistemi yaradılıb. Sistem vasitəsilə ehtiyat kadrlar barədə məlumatların təyinat məsələsinə baxılması üçün onlayn qaydada təqdim edilməsi, ehtiyat kadrların anket məlumatlarının tamlığı, düzgünlüyü və mütəmadi yenilənməsi, habelə onların vakant analoji vəzifələrə təyin edilməsində operativlik təmin ediləcəkdir.
 
Ehtiyat kadrlar şəxsi kabinetlərinin istifadəçi adı (FİN kod) və parolunu müvafiq hissələrə daxil etməklə Sistemə giriş edə və anket məlumatları ilə tanış ola bilərlər, habelə düzəliş və əlavələrə ehtiyac olduğu təqdirdə Mərkəzin məsul şəxsinə elektron qaydada bildiriş göndərməklə anket məlumatların düzgünlüyünü təmin etmək mümkündür. Şəxsi kabineti olmayan ehtiyat kadrlar linkə (https://ekabinet.dim.gov.az/ ) daxil olmaqla şəxsi kabinet yarada bilərlər.

Eyni zamanda, Sistemdə "İstəklərim” adlı bölmə yaradılıb. Ehtiyat kadrlar həmin bölmədə işləmək arzusunda olduğu dövlət orqanı, vəzifə (adı və təsnifatı daha aşağı olan vəzifə), şəhər və rayon barədə məlumatları daxil etməli, onunla bağlı iş aparılmasını istəmədiyi halda isə müvafiq qeydləri etməlidirlər.
 
Xatırladaq ki, anket məlumatların tamlığı və aktuallığı ehtiyat kadrların analoji vakant vəzifələrə təyinatlarında mühüm rol oynayır. Ehtiyat kadrlar daxil etdikləri məlumatların düzgünlüyünə bilavasitə cavabdehlik daşıyırlar. Qeyd edilənləri nəzərə alaraq, ehtiyat kadrlara anket məlumatları doldurarkən diqqətli olmaları tövsiyə olunur.

"Ehtiyat Kadrların Elektron Sorğu Sistemi”nə bu linkdən (https://eservices.dim.gov.az/dqmelumat/ehtkadrn/sorgu.aspx) və ya Mərkəzin internet saytında Aktual İstiqamtələr > Dövlət qulluğu > Ehtiyat kadrlar bölməsindən daxil olmaq mümkündür.

Ehtiyat kadrlar Sistemdən istifadə zamanı yaranan texniki problemlərlə bağlı namizədlər (012) 310 53 16 (daxili 1516) nömrəsinə zəng edə və ya [email protected] poçtuna yaza bilərlər. Digər məsələlərlə bağlı isə (012) 465 87 93 (daxili 119;130) nömrələri və [email protected] poçtu ilə əlaqə saxlamaq olar.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 12:42
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Cəmiyyət 12:31
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol