• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 10 qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlandı

Bakıda  10 qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlandı
24.06.2021 15:41
"Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirir.

AQTA-dan verilən məlumata görə, aparılan müntəzəm yoxlama-nəzarət zamanı qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı aşkar olunmuş faktlar üzrə məlumatlar Agentlik tərəfindən müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilsə də, bir sıra heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirməkdədir.

2021-ci il 24 iyun tarixində Bakı şəhərinin Pirallahı və Xəzər rayonları üzrə keçirilən monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlardan bəzilərinin qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.

Həmin qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:

Pirallahı rayonu üzrə:

1. Bakı şəhəri, Pirallahı rayonu,Səməd Vurğun küç. 14 ünvanında yerləşən, fiziki şəxs Alyarov Səyavuş Müsavi oğluna məxsus heyvan kəsimi məntəqəsi;

2. Bakı şəhəri, Pirallahı rayonu, Kamil Rzayev küç. 40 ünvanında yerləşən, fiziki şəxs Cəfərov Cəfər Eyyub oğluna məxsus heyvan kəsimi məntəqəsi;

3. Bakı şəhəri, Pirallahı rayonu, Kamil Rzayev küç. 6 ünvanında yerləşən, fiziki şəxs Atakişiyev Laçın Atakişi oğluna məxsus heyvan kəsimi məntəqəsi;

4. Bakı şəhəri, Pirallahı rayonu, Əzizbəyov küç.17 ünvanında yerləşən, fiziki şəxs Əliyev Rafiq Bulud oğluna məxsus heyvan kəsimi məntəqəsi;

5. Bakı şəhəri, Pirallahı rayonu, Əzizbəyov küç. 90 ünvanında yerləşən, fiziki şəxs Həsənov Arif Şahlar oğluna məxsus heyvan kəsimi məntəqəsi;

6. Bakı şəhəri, Pirallahı rayonu, Yavər Əliyev küç. 26 ünvanında yerləşən , fiziki şəxs Məmmədli Qoşqar Qnyaz oğluna məxsus heyvan kəsimi məntəqəsi;

7. Bakı şəhəri, Pirallahı rayonu, Süleyman Bağırov küç. 3 ünvanında yerləşən, fiziki şəxs Səfərov Zaur Faiq oğluna məxsus heyvan kəsimi məntəqəsi.

Xəzər rayonu üzrə:

1. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəs., Şirvani küç.3 ünvanında yerləşən, fiziki şəxs Əzimov Oktay İsmayıl oğluna məxsus heyvan kəsimi məntəqəsi;

2. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəs., Xanlar küçəsində yerləşən , fiziki şəxs Bayramov Ənnağı Mahir oğluna məxsus heyvan kəsimi məntəqəsi;

3. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəs., Şirvani küçəsində yerləşən, fiziki şəxs Hüseynov Azər Əmir oğluna məxsus heyvan kəsimi məntəqəsi.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol