• $
  • €
  • ₽
  • ₺
  • £

Ağalarov da aeroport tikintisinə başladı, vulkan formasında olacaq...

Ağalarov da aeroport tikintisinə başladı, vulkan formasında olacaq...
29.06.2021 13:29
Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarovun "Crocus Group” şirkəti Rusiyada daha bir aeroportun tikintisi üçün sifariş alıb və işə başlayıb. Virtualaz.org xəbər verir ki, şirkət Kamçatkada yeni aeroportun tikintisi üçün tenderdən kənar müqavilə bağlayıb və layihənin dəyəri 15 milyard rubl hesablanıb. Daha 5 milyard rubl isə Uzaq Şərqin inkişafı Fondu ayıracaq. Kamçatkanın inzibati mərkəzi Petropavlovsk-Kamçatskaya şəhərində yerləşən aeroport vulkan formasında olacaq və ildə yarım milyona yaxın sərnişinə xidmət edəcək. Layihənin 2023-cü ildə tamamlanması planlaşdırılır.

Araz Ağalarov layihə ilə bağlı deyib ki, cəmi 45 min kvadratmetrlik giriş nəzarət ərazisi, inzibati bina və digər binalarla birlikdə aeroport kompleksinin tikintisi üçün hazırda torpaq işləri görülür. Layihəyə çoxsaylı subpodratçıların cəlb edilməsi nəzərdə tutulur. İnşaatda eyni vaxtda 800-dən çox adam çalışacaq.

"Crocus Group” şirkəti Rusiyanın uzaq şərgində digər podratçıların riskli hesab etdiyi bir çox iri layihələri, o cümlədən Uzaq Şərq Universiteti kompleksini inşa edib.

Ötən ilin dekabrında isə "Roskosmos” Amur vilayətində inşası illərdir davam edən "Vostoçnıy” kosmodromu ərazisində aeroportun yarımçıq qalmış tikintisini Ağalarovun şirkətinə həvalə edib. Bu layihə üçün federal büdcədən 28 milyard rubl ayrılacaq. Aeroport kompleksinin sonrakı mərhələsinin tikintisi ilə birlikdə layihənin ümumi dəyəri 38 milyard rubla yaxındır. Ağalarov aerportun tikintisini 2024-cü ildə tamamlamaq öhdəliyini götürüb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol