• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın XİN başçısı Zəngəzur dəhlizinin açılmasından danışdı

Azərbaycanın XİN başçısı Zəngəzur dəhlizinin açılmasından danışdı
30.06.2021 14:41
"Üçtərəfli Bəyanata uyğun olaraq, silahlı qarşıdurmanın sona çatması ilə Azərbaycan münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya mərhələsinə qədəm qoydu. Münaqişədən sonrakı dövrdə sülh, bərpa və yenidənqurma fəaliyyətlərinin davam etdirilməsi və məcburi köçkünlərin qayıtması Azərbaycan üçün mütləq prioritetdir".


Anews.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov QDİƏT üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında çıxışında deyib.


"Hökumət ərazilərin kütləvi məhv edilməsi ilə müşayiət olunan onilliklərdir davam edən işğalın nəticələrinin aradan qaldırılmasına yönəlmiş əməli addımlar atmağa başlamışdır. Yenidənqurma prosesində "yaşıl enerji”, "ağıllı şəhər və ağıllı kənd” anlayışları, dairəvi iqtisadiyyat prinsipləri ilə yanaşı, sənət texnologiyaları da tətbiq ediləcəkdir. Tərəfdaş ölkələrin səylərimizi investisiyalar və texniki əməkdaşlıq yolu ilə dəstəkləmək marağını qiymətləndiririk.


Münaqişənin həlli eyni zamanda regional əməkdaşlıq, inkişaf və tərəqqi üçün yeni perspektivlər açır. 10 Noyabr 2020-ci il birgə bəyanatı, bölgədə kommunikasiyaların açılmasını nəzərdə tutan 11 yanvar 2021-ci il tarixli üçtərəfli Azərbaycan-Rusiya-Ermənistan bəyanatı ilə tamamlandı. Bu tədbirlərin həyata keçirilməsi QDİƏT regionunun mühüm hissəsinin - Cənubi Qafqazın mənzərəsini əhəmiyyətli dərəcədə dəyişdirəcəkdir. Azərbaycan və Türkiyə arasındakı yeni əlaqə zolağı olan Zəngəzur dəhlizi təxminən otuz ildir ki, mühasirədə olan Naxçıvan eksklavını Azərbaycan ilə birləşdirməklə yanaşı, əlavə olaraq mövcud ticarət və nəqliyyat əlaqəsinə xidmət edəcəkdir. Kommunikasiyaların bərpası bütün bölgə üçün uduşlu bir vəziyyətdir və daha geniş Qara dəniz coğrafiyasının əhəmiyyətini artıracaqdır.


Nəqliyyat, rabitə və ticarətlə bağlı təşəbbüslər yeni tərəfdaşlıqlardan və imkanlardan faydalanmaq fürsəti verəcəkdir. Gücləndirilmiş regional əməkdaşlıq inkişafı gücləndirməklə yanaşı, bölgədə hərbi alovlanma riskini azaldacaq və sülh və sabitliyi möhkəmləndirəcək iqtisadi payların yaradılmasına kömək edə bilər.


Silahlı qarşıdurmanın sona çatması ilə yaranan sülh, təhlükəsizlik və əməkdaşlıq vizyonunu reallaşdırmaq üçün QDİƏT də daxil olmaqla, beynəlxalq ictimaiyyətin maksimum səy göstərməsini gözləyirik. Azərbaycan ortaya çıxan fürsətlərin Təşkilat və ayrı-ayrı üzv dövlətləri tərəfindən lazımi səviyyədə başa düşüləcəyini və adekvat şəkildə qiymətləndiriləcəyini arzulayır.


Fürsətdən istifadə edərək, QDİƏT-in Baş katibi vəzifəsindəki uğurlu fəaliyyətinə və əməkdaşlığımızı daha da inkişaf etdirməyə verdiyi dəyərli töhfələrə görə cənab Mixael Kristidesə minnətdarlığımı bildirmək istərdim. Cənab Lazar Komaneskunu QDİƏT-in yeni Baş katibi vəzifəsinə təyin olunması münasibətilə təbrik edirəm, QDİƏT-in məhsuldar regional əməkdaşlıq üçün daha güclü platforma olması səylərinə dəstəyimizi çatdırıram.


Sonda icazə verin, növbəti Fəaliyyətdə olan sədr - Gürcüstana ən xoş arzularımı bildirim. Baş nazir müavini, Xarici İşlər Naziri David Zalkalianiyə işlərində uğurlar arzulayırıq və Sizinlə tam əməkdaşlıq etməyə hazırıq", - nazir bildirib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol