• $
  • €
  • ₽
  • ₺
  • £

“Azəriqaz”dan qazın qiyməti ilə bağlı AÇIQLAMA

“Azəriqaz”dan qazın qiyməti ilə bağlı AÇIQLAMA
30.06.2021 17:43
Tarif Şurasının bugünkü qərarı əsasında təbii qazın qiyməti ilə bağlı tariflərdə dəyişiklik edilib.


Bu barədə "Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev danışıb.


O bildirib ki, əvvəl iki tarif mövcud idi, yəni 10 qəpik və 20 qəpik tariflər. Onun sözlərinə görə, 2200 kubmetrə qədər 1000 kubmetr qazın qiyməti 100 manat idi, 2200 kubmetrdən yuxarı 1000 kubmetr qazın qiyməti 200 manat idi:


"Bu hissə abonentlərin 80 faizə qədərini təşkil edirdi. Yeni tarifdə isə bu rəqəmlərdə dəyişiklik olub. İllik istehlak həcmi 2200 kubmetrdən 1200 kubmetrə kimi endirilib. 2020-ci il və son 5 ayın araşdırması göstərir ki, ümumi abonentlərin 51 faizini təşkil edəcək. Bu gün 2,4 milyon abonentimiz var və onların 1,3 milyona yaxını qazı limit çərçivəsində, yəni 1 kubmetr 10 qəpik, 1000 kubmetri 100 manatdan istifadə edə biləcək”.


O qeyd edib ki, növbəti limit isə 1200 ilə 2500 kubmetr arasında bölünüb:


"Bu aralıqda olan həcm üçün isə 1000 kubmetr 200 manatdan, yəni 1 kubmetr 20 qəpikdən ödəniləcək. 2500 kubmetrdən yuxarı istifadə üçün isə 1 kubmetr 25 qəpikdən, 1000 kubmetr isə 250 manatdan müəyyənləşib”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol