• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb - YENİLƏNİB

Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb - YENİLƏNİB
01.07.2021 10:45
Bu gündən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb.


"Report" xəbər verir ki, iyulun 1-dən etibarən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə yola salınması həyata keçirilir.


--------------------
Prezident İlham Əliyevin iyunun 17-də imzaladığı "Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" sərəncama əsasən, bu gündən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayır.


Anews.az xəbər verir ki, sərəncama uyğun olaraq, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986-2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.


Eyni zamanda "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2021-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.


Artıq müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar iyunun 25-30 tarixlərində Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı SHXÇDX tərəfindən SMS vasitəsilə məlumatlandırılıblar.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol