• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniyanın Bakıdakı səfirliyi Oxçuçayı çirkləndirən alman şirkəti haqda sorğuya cavab verdi

Almaniyanın Bakıdakı səfirliyi Oxçuçayı çirkləndirən alman şirkəti haqda sorğuya cavab verdi
01.07.2021 12:40
Almaniyanın Bakıdakı səfirliyi mənbəyini Ermənistan ərazisindən götürən və Zəngilan ərazisindən keçərək Araz çayına birləşən Oxçuçayı çirkləndirən alman şirkəti barədə redaksiyamızın sorğusuna cavab verib. Səfir Volfqanq Maniqin adından haqqin.az və virtualaz.org saytlarının redaksiyasına daxil olmuş məktubda deyilir ki, səfirlik Azərbaycan KİV-lərinin transsərhəd çayların çirkləndirilməsi mövzusuna bu cür diqqət ayırmasını alqışlayır və buna görə təşəkkür edir. Lakin çayı çirkləndirən Zəngəzur mis-molibden kombinatının səhmdarı olan Almaniya şirkəti "Cronimet Holding” hazırda bu regionda işləmir.


Oxçuçayda ekoloji fəlakətin miqyası Zəngilan işğaldan azad olunandan sonra mütəxəssislərin apardıqları araşdırmalardan sonra üzə çıxıb. Çayı çirkləndirən və ora zəhərli maddələr axıdan isə Ermənistandakı Zəngəzur mis-molibden kombinatı və Qafan dağ-mədən kombinatıdır. Məlumatlara görə, Qacaran yatağında hasilat işləri aparan Zəngəzur  mis-molibden kombinatı "Cronimet Holding GmbH” alman şirkətinin törəmə müəssisəsidir.


Bununla əlaqədar olaraq redaksiyamız Almaniyanın Bakıdakı səfirliyinə, bu ölkənin Xarici İşlər Nazirliyinə sorğu göndərmişdi.


Son illərdə Almaniya KİV-lərində Azərbaycana qarşı qərəzli məqalələr artıb və bir qayda olaraq bu məqalələrdə Azərbaycan hökumətinin mövqeyinə yer verilmir. Lakin redaksiyamız jurnalist etikasını və demokratik normaları əsas tutaraq bu məsələdə Almaniya hökumətinin mövqeyini dərc edir.


Səfirliyin bəyanatında bildirilir: "Almaniyanın Bakıdakı səfirliyi Azərbaycan KİV-lərinə transsərhəd çayların çirkləndirilməsi probleminə diqqət ayırdığı üçün minnətdarlıq edir. Səfirliyə alman KİV-lərinin işıqlandırdığı konkret məsələ barədə məlumdur. Məsələn, 2019-cu ilin aprelində erməni ekoloji fəalları müxtəlif dağ-mədən şirkətlərinə qarşı etiraz aksiyaları keçiriblər. Almaniya səfirliyi Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri arasında sərhədboyu əməkdaşlığı dəstəkləyir. Azərbaycanlılarla ermənilər arasında ətraf mühitin transsərhəd müdafiəsi sahəsində əməkdaşlıq aydın nümayiş etdirir ki, təmiz ətraf mühitə qarşılıqlı maraq azərbaycanlılarla erməniləri son onillərin münaqişələrindən daha çox birləşdirir”.


Bəyanatda daha sonra deyilir ki, Almaniyanın Bakıdakı səfirliyinin məlumatına əsasən Ermənistandakı mədən şirkətinin səhmlərinin sahibi olan alman şirkəti öz payını 2019-cu ilin sonlarında yerli investorlara satıb. Ona görə də Oxçuçayda zəhərli maddələrin miqdarının artmasına mədən şirkətinin yeni səhmdarları izahat verməlidir.


"Almaniyanın Bakıdakı səfirliyi bu sahiblər haqda informasiyaya malik deyil. Federal hökumətə Azərbaycan hökumətinin bu məsələyə müdaxiləsi barədə heç nə məlum deyil. Almaniya Bundestaqının üzvləri də hökumətə bu məsələ ilə bağlı müraciət etməyiblər”,-səfirlik bildirir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 12:42
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Cəmiyyət 12:31
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol