• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” abunəçiləri üçün "Vətəndaş” tipli “Asan İmza" xidmətinin aylıq abunə haqqı ləğv edilir

“Nar” abunəçiləri üçün "Vətəndaş” tipli “Asan İmza" xidmətinin aylıq abunə haqqı ləğv edilir
01.07.2021 14:33
"Nar” abunəçiləri üçün 1 iyul 2021-ci ildən etibarən "Vətəndaş” tipli "Asan İmza" xidmətinin aylıq abunə haqqı ləğv edilir. Bu tarifdən 20 iyun 2020-ci ildən xidmətə qoşulan və 1 iyul 2021-ci ildən etibarən yeni qoşulan vətəndaşlar yararlana biləcəklər. Xatırladaq ki, bu xidmətin aylıq abunə haqqı 2.50 AZN təşkil edirdi. "Nar” abunəçiləri "Asan İmza” xidmətini mövcud olan mobil nömrələrində aktivləşdirə bilərlər və bu zaman yeni nömrə əldə etməyə ehtiyac yoxdur. Sadəcə "Nar” Xidmət mərkəzlərinə yaxınlaşaraq, "Asan İmza” xidmətini dəstəkləyən "SIM” kart almaq üçün mövcud nömrənin dublikatını əldə etməlidirlər. Qeyd edək ki, Azərbaycan vətəndaşları üçün elektron xidmətlərə geniş imkanının təmin edilməsi məqsədilə B.EST Solutions şirkəti bütün mobil operatorlar, eləcə də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birlikdə bu qərarı verib. 


İstifadəçilər Azərbaycanda dövlət və özəl qurumlar tərəfindən təqdim olunan 1000-dən çox elektron xidmətdən yararlanacaq və fiziki olaraq, həmin qurumlara müraciət etməmək imkanına sahib olacaqlar. 


Qeyd edək ki, sahibkarlar və dövlət qulluqçuları üçün nəzərdə tutulan "İş” və "Dövlət” tipli "Asan İmza” xidmətinin qiyməti və aylıq abunə haqqı dəyişilməz olaraq qalır.


Xatırladaq ki, 2020-ci ilin iyun ayında aylıq abunə haqqı saxlanılmaqla, 3 il müddətinə "Asan İmza” xidmətinin ("Vətəndaş” tipli "Asan İmza” xidmət növü) ödənişsiz təqdim edilməsi barədə də qərar qəbul edilib. Bu xidmətin aktivləşdirilməsi isə 18 AZN təşkil edirdi. 


"Nar” abunəçiləri ətraflı məlumatı https://www.nar.az/asanimza/ internet səhifəsindən əldə edə və ya "1847" Asan İmza Çağrı Mərkəzinə zəng edərək, eləcə də [email protected] elektron poçt ünvanına yazaraq suallarına cavab ala bilərlər.







www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 12:42
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Cəmiyyət 12:31
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol