• $
  • €
  • ₽
  • ₺
  • £

Atraksion faciəsi necə baş verib? - YENİLƏNİB

Atraksion faciəsi necə baş verib? - YENİLƏNİB
23.05.2014 21:00

Hadisə nəticəsində xəsarət alanlar Bakıya göndərilibQobustanda istirahət mərkəzində baş verən bədbəxt hadisə nəticəsində sınıq və əzik xəsarətləri alan Bakı Oksford Məktəbinin şagirdi, 12 yaşlı Ayla Hacızadə və məktəbin müəlliməsi, 43 yaşlı Aytən Əzizova müalicə üçün Bakıya göndərilib. APA-nın xəbərinə görə, hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Qobustan rayon Prokurorluğundan APA-ya bildirilib ki, hadisə ilə bağlı hələlik saxlanılan yoxdur. Faktla bağlı araşdırma aparılır. “Cənnət bağı” istirahət mərkəzinin sahibi Naina Bakaldina APA-ya bildirib ki, elektrokarı Aytən Əzizova idarə edirmiş. “Aytən Əzizova dairəvi yolda idarəetməni itirib və elektrokar aşıb. Hadisənin baş verməsində otelimizin heç bir günahı yoxdur”, - deyə bildirib. Qeyd edək ki, hadisə nəticəsində dünyasını dəyişmiş 10 yaşlı Qorcu Dəniz tanınmış rejissor Tərlan Qorçunun qızıdır. ANN.Az***

16:58

Azərbaycanın Qobustan rayonunda faciəli hadisə baş verib.

APA-nın xəbərinə görə, hadisə Qobustan rayonunun “Bağbağat” İstirahət-əyləncə Mərkəzində qeydə alınıb. Bakı Oksford Məktəbinin müəllim və şagirdlərinin əyləndiyi atraksionlardan biri aşıb. Nəticədə 10 yaşlı Qorcu Dəniz Tərlan qızı hadisə yerində dünyasını dəyişib.Məktəbin digər şagirdi - 12 yaşlı Hacızadə Ayla Rövşən qızı və məktəbin müəlliməsi, 1971-ci il təvəllüdlü Əziziova Aytən Faiq qızı müxtəlif bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.Faktla bağlı Qobustan rayon Polis Şöbəsində araşdırma aparılır.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol