• $
  • €
  • ₽
  • ₺
  • £

İtkin düşdüyü deyilən 50 azərbaycanlı zəvvardan xəbər var

İtkin düşdüyü deyilən 50 azərbaycanlı zəvvardan xəbər var
23.05.2014 20:53

İranın Məşhəd şəhərinə ziyarətə gedən 50-ə yaxın azərbaycanlı zəvvarın yoxa çıxması xəbəri öz təsdiqini tapmadı. ANS PRESS-in məlumatına görə, bu haqda zəvvar şirkətinin nümayəndəsi Rza Zahidi xəbər verib. Rza Zahidinin sözlərinə görə, onların guya itməsi xəbərini zəvvarlardan birinin ailəsi yayıb. "Həmin zəvvar evlərinə zəng etmədiyinə görə belə düşünüblər ki, zəvvarlar itiblər. Əslində isə mətbuatda deyildiyi kimi, ziyarətə 50 yox, 40 zəvvar gedib. Onlar bu gün səhər saat 11.00-da İranın Xorasan vilayətinin Məşhəd şəhərinə çatıblar və hazırda "Ayda" hotelində yerləşiblər".Xatırladaq ki, bu gün mediada 50 zəvvarın itməsi barədə xəbər yayılmışdı.ANN.Az

***

18:11

İranın Məşhəd şəhərinə ziyarətə gedən 50-ə yaxın azərbaycanlı zəvvar yoxa çıxıb.

Bu barədə Anspress-ə zəvvarların qohumları məlumat veriblər. Məlumatda bildirilib ki, mayın 21-i tarixində Bibiheybət məscidinin önündə toplaşan zəvvarlar Nardarandan Məşhədə hərəkət edən avtobuslardan biri ilə ziyarətə gediblər. Amma hələ ki, onlardan heç biri ilə əlaqə saxlamaq mümkün olmayıb: “Əmim Kamal Ocaqverdiyevi və 50-ə yaxın zəvvarı Məşhədə yola salmışıq. Biləsuvarda olanda mənimlə əlaqə saxladı. O, sərhəd keçid məntəqəsini indi keçdiklərini söylədi. 3 gündür ki, onlardan heç bir ilə əlaqə saxalaya bilmirik. Zəvvarların qohumları çox narahatdırlar. Onlar yola bələd olan şəxslərin birinin avtobusu ilə gediblər. Bir sutkalıq yolu ola bilməz ki, 3 sutkaya qət eləsinlər. Avtobusda 8 qadın, 40-a yaxın kişi var idi”.

Məsələ ilə əlaqədar olara Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə əlaqə saxladıq. QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov açıqlamasında hazırda onların heç bir qrupunun Məşhəddə və Kərbəlada olmadığını söyləyib.

“O qrupu biz göndərməmişik. Bu saat bizim adamlarımız Məşəddə yoxdur. İraqa da heç bir qrup göndərmirik. İndi bu işlə adi adamlar məşğul olur. Siyahıları və pasportları yığıb İraqa göndərirlər. Vizanı alıb, ora gedirlər. Təhlükəsizliyə zəmanət olmadığı üçün biz ora səfər təşkil etmirik”.

Məsələ ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Bu barədə heç bir məlumatları olmadıqlarını dedilər.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol