Vətəndaşlar İcra hakimiyyəti və tikinti şirkətindən narazıdır - Etiraz aksiyası
![Vətəndaşlar İcra hakimiyyəti və tikinti şirkətindən narazıdır - Etiraz aksiyası Vətəndaşlar İcra hakimiyyəti və tikinti şirkətindən narazıdır - Etiraz aksiyası](https://anews.az/photo/850x500/2021-08/1628058448_maxresdefault.jpeg)
Nərimanov rayonu, Əliəşrəf Əliyev küçəsinin bir qrup sakini pilot layihə çərçivəsində onlara verilməli olan mənzillərin təmirinin 5 ildir ki, ləngiməsinə etiraz edib. Sakinlərin əksəriyyəti bu müddət ərzində kirayə haqqlarının verilməsiylə bağlı problem yaşamasalar da, artıq başqa yerdə qalmaq istəmir, öz mənzillərinə köçmək istəyirlər. Nərimanov İcra Hakimiyyətinin nümayəndəsi vətəndaşları qəbul etdi. Daha sonra "Şans" MTK-nın nümayəndəsi, Nərimanov İcra Hakimiyyətinin nümayəndəsi və vətəndaşlar sözügedən binanı gəzib, məsələni müzakirə etdilər. Sonda isə təmirin dekabra kimi tamamlanacağı bildirildi.
Ətraflı videoreportajda
Hazırladı: Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər