• $
  • €
  • ₽
  • ₺
  • £

MTN 11 nəfəri saxladı

MTN 11 nəfəri saxladı
23.05.2014 17:28
İrandan Azərbaycana 19 kq-a yaxın narkotik vasitə keçirilməsinin qarşısı alınıb, 11 nəfər tutulub.Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi (MTN) İctimai Əlaqələr Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, MTN tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində ümumilikdə 19 kiloqrama yaxın narkotik vasitənin İran İslam Respublikasından (İİR) qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycan Respublikasının ərazisinə qanunsuz daşınmasının qarşısı alınıb. Bu hüquqazidd əməllərin törədilməsinə görə 11 nəfər şübhəli şəxs qismində tutulub.Keçirilmiş baxışlar zamanı ayrı-ayrılıqda 1 kiloqram 187 qram heroin, 8 kiloqram 500 qramdan artıq tiryək, 1 kiloqramdan artıq həşiş və 8 kiloqram 201 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.Bütün faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılıb. Azərbaycan Respublikasının vətəndaşları - Mehtiyev Qədir Sayad oğlu, Feyzullayev Əhliman Rasim oğlu, Nəsibov Elçin İsa oğlu, Abdullayev Kamran Hacı oğlu, Bağırov Elçin Əkbər oğlu, Abbasov Zahid Sərhəng oğlu, Cavadov Elmin Ədalət oğlu, Düniyev Elman Zabil oğlu, Muradov Rəşad İlqar oğlu, Mirzəyev İsmayıl Rafiq oğlu, Əkpərov Teymur Fikrət oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.Cinayət işləri üzrə bütün halların araşdırılması, bu qanunazidd əməllərin digər iştirakçılarının müəyyən edilməsi üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol