Külək Dövlət Qoruğundakı yanğının söndürülməsini çətinləşdirir - Video
![Külək Dövlət Qoruğundakı yanğının söndürülməsini çətinləşdirir - Video Külək Dövlət Qoruğundakı yanğının söndürülməsini çətinləşdirir - Video](https://anews.az/photo/850x500/2021-08/1630075452_screenshot_1.png)
Xəbər verdiyimiz kimi, bu gün Lənkəran şəhəri, Balıqçılar qəsəbəsi yaxınlığında Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində yanğın başlayıb.
Hazırda yanğınsöndürmə əməliyyatı FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilir.
Yanğının söndürülməsini mütəmadi güclənən küləkli hava çətinləşdirir.
İlkin məlumata əsasən, ərazidə 10 ha sahədə əsas etibarilə, kol-kos və qurumuş ağac kötükləri yanır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)