• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

“20-30 sərhədçimiz yola çıxdı, Ermənistan iqtisadiyyatı iflic oldu” - Video

“20-30 sərhədçimiz yola çıxdı, Ermənistan iqtisadiyyatı iflic oldu” - Video
01.09.2021 23:46
"Bizim yerləşdiyimiz bölgədə hansısa dövlətlər ABŞ-ın və Qərbin zəifləməsindən istifadə edib, böyük məqsədlərə, hədəflərə çatmaq üçün çox ciddi, təhlükəli, avantürist hərəkətlərə keçə bilərlər”.

Anews.az  xəbər verir ki, bunu Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Eldar Namazov "Reaksiya” TV-yə müsahibəsində deyib.
O bildirib ki, bu, tarixən belə olub:

"Deyirlər, müqəddəs yer boş qalmır. Kimsə geosiyasətdə uduzursa, onun yerini kimsə tutmalıdır. Həmişə ABŞ geri çəkiləndə, dərhal nəsə baş verir. Bunu diqqətdə saxlamalıyıq. Onun Azərbaycana da təsiri ola bilər”.
E.Namazov Qarabağda olan Rusiya sülhməramlılarının fəaliyyətindən də söz açıb:
"Artıq heç kimə sirr deyil ki, Rusiya-Azərbaycan münasibətləri çox ciddi və həssas bir mərhələdən, sınaqdan keçir. İkinci Qarabağ Müharibəsindən sonra regionda hər şey dəyişib.

Güclər balansı Azərbaycan və Türkiyənin xeyrinə dəyişib. Bunu qəbul etməyən, buna qarşı çıxan qüvvələr də çalışırlar ki, Azərbaycan və Türkiyənin yaratdığı yeni şəraiti öz xeyirlərinə dəyişsinlər.
Mən hiss edirəm, hamı da bunu görür. Azərbaycanla Rusiya arasında pərdə arxasında çox ciddi diplomatik savaş gedir. Azərbaycan Prezidenti ilk dəfə olaraq bu yaxınlarda dedi ki, Rusiya Ermənistanın müttəfiqi, bizim isə qonşumuzdur.

Prezidentin bu ifadəsindən sonra ermənilərin sabotaj etdiyi üçtərəfli görüş Moskvada keçirildi.

İlk dəfə olaraq dünən Lavrov dedi ki, Azərbaycanda həbsdə olan ermənilər oraya 9 noyabr sazişindən sonra gəlib. Halbuki bütün hərbi əməliyyatlar dayanmalı idi. Xüsusi vurğuladı ki, Azərbaycan 9 noyabr sazişində nə yazılmışdısa, hamısını yerinə yetirib.

Bu gün isə dedi ki, müttəfiqimiz Ermənistana qonşu Azərbaycanla münaqişəni həll etməyə kömək edirik. Demək olar ki, prezidentlə eyni ifadəni işlətdi.
O, Ermənistanı Rusiyanın müttəfiqi, Azərbaycanı isə Ermənistanın qonşusu adlandırdı. Azərbaycanı Rusiyanın qonşusu mövqeyində ifadə etmədi”.
Onun sözlərinə görə, proses davam edəcək:
"Yeni yaranmış durumda elə bil bizi yoxlayırlar. Biz nə qədər axıra kimi getməyə hazırıq, nə qədər Azərbaycanın maraqlarını müdafiə etməyə hazırıq, sülhməramlıların müvəqqəti yerləşdirilməsi ilə bağlı məsələdə nə qədər israrlıyıq, biz hansı hərəkətə necə cavab verə bilərik. Yəni vəziyyət yenidir.
Elə Gorus-Qafan yolunda etdiyimiz hərəkət də onlara çox ciddi cavab idi. Bu, təkcə ermənilərə mesaj deyildi. Bu, həm İrana mesaj idi – həmin yolla İran TIR-ları Qarabağın dağlıq hissəsinə gedirdi – həm Rusiyaya mesaj idi, həmin yol həm İranla Ermənistan arasında əsas ticari yoldur, eyni zamanda, Rusiya ilə İran arasında tranzit yoldur.
Azərbaycan nə etdi? Azərbaycanın korpusları ayağa qalxmadı, Azərbaycan tankları oraya getmədi. Azərbaycanın öz ərazisində 20-30 sərhədçimiz yola çıxdı. Bununla da Ermənistanın iqtisadiyyatı, İran-Ermənistan iqtisadi əlaqələri iflic vəziyyətinə düşdü.
Yəni Azərbaycan öz imkanlarını nümayiş etdirdi. Belə imkanlar Azərbaycanda çoxdur”.

Daha ətraflı videomaterialda:
 

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
COP29 tədbirində heyvansevər aksiya keçirdi- VİDEO
Cəmiyyət 14:37
COP29 tədbirində heyvansevər aksiya keçirdi- VİDEO
Bakı sakinləri velosiped xətləri barəsində nə düşünürlər? - VİDEO
Cəmiyyət 17:51
Bakı sakinləri velosiped xətləri barəsində nə düşünürlər? - VİDEO
Vətəndaşlar əmək hüquqlarını müdafiə etməyi bacarırmı? - Videoreportaj
Cəmiyyət 19:28
Vətəndaşlar əmək hüquqlarını müdafiə etməyi bacarırmı? - Videoreportaj
Kitab satışı ƏDV-dən azad olsa da, qiyməti ucuzlaşmayıb -  Videoreportaj
Cəmiyyət 23:23
Kitab satışı ƏDV-dən azad olsa da, qiyməti ucuzlaşmayıb - Videoreportaj
Vətən müharibəsi iştirakçıları əlillik ala bilməmələrindən şikayətçidir - VİDEO
Cəmiyyət 10:36
Vətən müharibəsi iştirakçıları əlillik ala bilməmələrindən şikayətçidir - VİDEO
Xocalının Əsgəran qəsəbəsindən son görüntülər- VİDEO
Cəmiyyət 09:53
Xocalının Əsgəran qəsəbəsindən son görüntülər- VİDEO
Elm və Təhsil Nazirliyinin qarşısında katibə etiraz edib- VİDEO
Cəmiyyət 17:51
Elm və Təhsil Nazirliyinin qarşısında katibə etiraz edib- VİDEO
Qazaxda Kürün sahili möhkəmləndirilməlidir - Deputat/VIDEO
Cəmiyyət 17:14
Qazaxda Kürün sahili möhkəmləndirilməlidir - Deputat/VIDEO
Qazi təqaüdünün kəsilməsinə görə etiraz edir - VİDEO
Cəmiyyət 16:04
Qazi təqaüdünün kəsilməsinə görə etiraz edir - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol