Baş prokurorluq erkən nikah halları ilə bağlı videomüraciət edib
![Baş prokurorluq erkən nikah halları ilə bağlı videomüraciət edib Baş prokurorluq erkən nikah halları ilə bağlı videomüraciət edib](https://anews.az/photo/850x500/2021-09/1631008791_44_255.jpg)
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə növbəti videomüraciət təqdim olunub.
Bildirilir ki, görülmüş tədbirlərə baxmayaraq Azərbaycanda qızların təhsildən yayındırılaraq erkən yaşda ərə verilməsi hələ də problem kimi qalır.
Erkən nikahlar əksər hallarda ailələrdə münaqişələrə, boşanmalara, anadangəlmə qüsurlu uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.
Birmənalı olaraq yetkinlik yaşına çatmayan qızların məcburən nikaha daxilolma halı uşağa qarşı törədilən zorakılıqdır.
Bu kimi neqativ halların artmaması, qarşısının alınması hər birimizin əlindədir.
Erkən nikah halları ilə üzləşdikdə dərhal "961" Çağrı Mərkəzi və ya Baş Prokurorluğun sosial şəbəkələrdəki hesabları vasitəsilə müraciət edə bilərsiniz.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər