Bakıda rüşvət alan polis kameraya belə yaxalandı-VİDEO
![Bakıda rüşvət alan polis kameraya belə yaxalandı-VİDEO Bakıda rüşvət alan polis kameraya belə yaxalandı-VİDEO](https://anews.az/photo/850x500/2021-09/1631189792_1631189276_polisrusvet.jpeg)
AAAF Park yaşayış kompeksində binaların fundamentə bitişik torpaq sahəsini və beton layları sökərək obyekt kimi istifadə edən şəxslərdən rüşvət alaraq buna göz yuman polis əməkdaşı orqandan xaric edilib.
Bir neçə gün öncə polisin rüşvət alaraq ərazidən uzaqlaşma anı qonşu binada yaşayan sakinlər tərəfindən videosu çəkilib.
DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin görüntülər araşdırılıb: "Polis adına ləkə gətirən hərəkətlərə yol verdiyi üçün polis serjantı E.Abbasov Çevik Polis Alayının komandirinin müvafiq əmri ilə daxili işlər orqanlarından xaric edilib”.(qafqaz.info)
Ətraflı videoda:
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)