Azərbaycanda səfirin həyat yoldaşı qəzaya düşdü - Foto

Bakıda səfirliyə məxsus avtomobil qəzaya düşüb.
Səfirin həyat yoldaşının idarə etdiyi "Mercedes” markalı avtomobil Bakı sakininin idarə etdiyi maşına arxadan çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.
Fakt üzrə araşdırma aparılır.
Oxu.Az məsələ ilə bağlı Avstriyanın ölkəmizdəki səfirliyinə müraciət edib. Səfirlik hadisəni şərh etməyib.

www.anews.az
Son xəbərlər 
Daha çox 























