• $
  • €
  • ₽
  • ₺
  • £

“Azəriqaz”dan peyvəndə görə işçilərin maaşının kəsiləcəyi xəbərinə - Reaksiya

“Azəriqaz”dan peyvəndə görə işçilərin maaşının kəsiləcəyi xəbərinə - Reaksiya
10.09.2021 12:44
Sosial şəbəkələrdə "Azəriqaz" İB-nin əməkdaşlarının məcburi şəkildə vaksinasiyaya cəlb edilməsi barədə məlumatlar yayılıb.

Bildirilir ki, əməkdaşlara sentyabrın 20-nə qədər vaksin olunmaq və yaxud əks göstəriş sertifikatının alınması ilə bağlı göstəriş verilib. Həmçinin peyvənddən imtina edənlərin maaşlarının verilməyəcəyi və bir aylıq ödənişsiz məzuniyyətə göndəriləcəkləri də iddia edilir.

"Qafqazinfo" yayılan məlumatlarla əlaqədar "Azəriqaz" İB- nin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyevlə əlaqə saxlayıb. O saytımıza açıqlamasında bildirib ki, birliyin əməkdaşları vətəndaşlarla sıx kontaktda işlədiklərindən koronavirusa yoluxma riskləri minumum olmalıdır: "Vaksin olunmadığı halda özünü də, vətəndaşı da təhlükə altında qoyur. Ona görə də biz "Azəriqaz" İstehsalat Birliyi olaraq əməkdaşlarımızın vaksin olunmasını tövsiyə etməklə yanaşı vacib hal hesab edirik. Əgər hansısa əməkdaşın buna ciddi şəkildə əks göstərişi varsa, o müvafiq sənədləri və tibbi arayışı "Azəriqaz"a təqdim etməlidir.

Belə olan halda həmin şəxs vaksinasiyadan azad olunur. Əgər kimsə vaksinasiyadan imtina edirsə, onun da antitelləri yoxlanılır. Həmin şəxsin ev şəraitində işini necə davam etdirməsi məsələsini qurum tərəfindən aydınlaşdırılır. Ancaq buna görə işçilərin işdən azad edilməsi və yaxud maaşlarının kəsilməsi məsələsi barədə heç bir göstəriş yoxdur". 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol