• $
  • €
  • ₽
  • ₺
  • £

Cəmil Babayevin taleyi necə olacaq?

Cəmil Babayevin taleyi necə olacaq?
10.09.2021 20:16
Avqustun 25-də Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Cəmil Babayev Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidəki erməni separatçılar tərəfindən saxlanılmışdı.
 
Sentyabrın 7-də isə hərbçimiz Azərbaycanla Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi prosesində Rusiya sülhməramlı kontingentinin komandanı Rüstəm Muradovun vasitəçiliyi ilə Azərbaycana qaytarılıb. 

Ermənistan tərəfinin məlumatında qeyd edilirdi ki, hərbçimiz Ağdərə şəhərindəki mənzillərdən birində aşkarlanıb. Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidəki erməni separatçılar azərbaycanlı hərbçiyə "cinayət işi” açmışdılar.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, C.Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Bu səbəbdən onun haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

Hazırda isə ictimaiyyət arasında müzakirə edilən məsələ Cəmil Babayevin gələcək taleyinin necə olacağı ilə bağlıdır.  Hələ ki rəsmi qurumlar tərəfindən bu barədə məlumat verilməyib. 

Hərbçi ekspert Ədalət Verdiyev mövzu ilə bağlı "Qafqazinfo” ya bildirib ki, Cəmil Babayevin problemi ona həm Qarabağdakı separatçı rejim tərəfindən bir neçə maddə ilə cinayət işinin açılması, həm də Azərbaycan tərəfinin də ona cinayət işi açması ilə bağlıdır:

"Onun Ermənistanda və Azərbaycanda da tutulmaq təhlükəsi var idi. İndi Cəmil Babayev ölkəmizə qaytarılıb. O, hazırda xüsusi xidmət orqanları tərəfindən filtirasiyadan keçirilir, sorğu-sual edilir. Ölkəmizə qarşi fəaliyyətlər üçün ona hansısa bir təzyiqin olunub-olunmaması aydınlaşdırılacaq. Bu proses bir ay da çəkə bilər. Əgər belə bir fakt aşkarlanmazsa, bundan sonra prokurorluq ona qarşı açılmış cinayət işini davam etdirəcək.

Bu cinayət işinin gedişatında artıq Prokurorluq və Dövlət Təhlükəsizlik Xidməti birgə rəsmi açıqlama verə bilər. Təcrübədə adətən bizim rəsmi qurumlar tərəfindən hərbi məsələlərlə bağlı çox da informasiya verilmir. Ona görə də gözləməkdən başqa çarəmiz qalmır. 

Bütün hallarda Cəmil Babayevi istər Ermənistanda, istərsə də burada yaxşı heç nə gözləmirdi. Müdafiə Nazirliyinin verdiyi məlumata istinad etsək, fərarilik etmiş şəxs tutulmalıdır.  Rüstəm Muradovla birgə yayımlanan şəkildə bir anormallıq hiss olunurdu,  amma bu anormallıq ermənilər tərəfindən ona edilən təzyiqlə bağlı da ola bilər.
Nazirlik bildirir ki, əsgər  psixiatriya bölməsindən qaçıb. Ancaq mən Gəncə hospitalına zəng vururam, bildirirlər ki, bizdə psixiatriya şöbəsi yox, nevrologiya bölməsi var. Əgər əsgər psixiatriya şöbəsindən qaçırsa, niyə o əsgər formasında olub? Bu məsələdə bir sıra suallar olsa da, ancaq hələ ki bir cavab yoxdur".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol