Balakəndə koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Anews.az-a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Həmin şəxslə izahedici söhbətlər aparılıb və tibb işçilərinin də iştirakı ilə yaşadığı evə geri qaytarılıb.
www.anews.az
























