• $
  • €
  • ₽
  • ₺
  • £

Partlamamış hərbi sursatlar necə aşkar edilir - RƏSMİ

Partlamamış hərbi sursatlar necə aşkar edilir - RƏSMİ
13.09.2021 10:59
44 günlük müharibə dövründə Tərtərə 20.000 ədəd raket və mərmi atılıb. Onlardan bir xeylisi partalamamış aşkarlanıb.ANAMA tərəfindən partlayıcı sursatların təhlükəsinə dair marifləndirmə tədbirləri davamlı olaraq ölkənin müxtəlif şəhərlərində, əsasən müharibə təsirinə məruz qalan bölgələrdə keçirilir. Bu sözləri anews.az-a açıqlamasında ANAMA-nın maarifləndirmə işləri üzrə şöbə müdiri Ramil Əzizov deyib.
 
"Təkcə Tərtər rayonu ərazisindəki 2000-ə yaxın müxtəlif yaşayış məntəqələri, əkin sahələri, digər sosial infrastruktur obyektləri ərazilərində əməliyyatlar aparılıb.Partlamamış hərbi sursatların bəzən sürpriz və tələ məqsədi ilə quraşdırıldığı mütəxəssislərimiz tərəfindən aşkar olunub. Tank əleyhinə minaların altına quraşdırılmış əl qumbaraları ilə yanaşı, bəzən müdafiə xəttləri önündə kənardan idarə olunan qurğularla partladılması nəzərdə tutulan xeyli sayda PHS-lər aşkar olunaraq zərərsizləşdirilib. Partlamamış hərbi sursatlar minalardan fərqli olaraq, toxunduqda, onları daşıdıqda partlamaq təhlükəsi yaradır. PHS-lər üzərində olan döyüş başlıqlarının təyinatına uyğun olaraq işə düşmə mexanizmlərinə malikdir və hava dəyişkənliyindən və saat mexanizminin işə düşməsi səbəbindən partlaya bilir. Bəzən kiçik döyüş başlıqları da böyük itkilərə səbəb ola bilər. ANAMA-nın apardığı əməliyyatlar zamanı partlamamış hərbi sursatların növü, mexanizmləri müəyyən edilərək  əhaliyə məlumatlar verilib. Aşkar olunan PHS-lər əsasən top və tank mərmiləri, qrad mərmiləri, istifadəsi qadağan olunmuş fosforlu mərmilər, kasetli raketlər və digər kateqoriyaya aiddir",- deyə Ramil Əzizov bildirib.

ANAMA İkinci Qarabağ müharibəsi dövründə Ermənistan ordusunun artilleriya atəşləri nəticəsində partlamamış hərbi sursatlarla çirklənmiş yaşayış məntəqələrinin  təmizlənməsi əməliyyatları ilə yanaşı partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirlərini davamlı olaraq həyata keçirir. 
 
2020-ci ilin noyabrından bu ilin avqustunadək işğaldan azad edilmiş 4 575 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. 9406 piyada əleyhinə mina, 4092 tank əleyhinə mina olmaqla ümumilikdə 13 498 mina təmizlənib. 10529 partlamamış hərbi sursatlar aşkarlanıb.
 
Gülnar Nazimqızı




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol