• $
  • €
  • ₽
  • ₺
  • £

DİN Sabunçuda əməliyyat keçirdi- 12 nəfər saxlanıldı

DİN Sabunçuda əməliyyat keçirdi- 12 nəfər saxlanıldı
13.09.2021 15:49
Sabunçu rayonunda polis növbəti genişmiqyaslı əməliyyatlar keçirib. Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 12 nəfər saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zabrat, Maştağa, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik vasitələrin qanunuz dövriyyəsi, yəni satışı ilə məşğul olan daha 12 nəfər saxlanılıb. Onlardan ümmilikdə 4 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə, 1 ədəd "Kalaşnikov” markalı avtomat, 5 ədəd patron, eləcə də həmin silaha məxsus daraq aşkar edilib.

Belə ki, əməliyyat zamanı əvvəlcə narkotik vasitələrin kultivasiyası ilə məşğul olan Ramil Əhmədov saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilib. Onun üzərində və yaşadığı Balaxanı qəsəbəsində yerləşən evindən ümumilikdə 3 kiloqram 550 qram marixuana aşkar edilib. Ramil Əhmədov ifadəsində narkotik tərkibli çətənə kollarını öz həyətində əkdiyini və qulluq etdiyini bildirib. Daha sonra həmin şəxs çətənə kollarını quradaraq satmaq və şəxsi istifadəsi üçün özündə saxlayıb. 

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı isə Zabrat qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb. Əməliyyat zamanı Vasif İsmayılov, Cabbar Hümbətov, Hüseyn Süleymanov, İlqar Əliyev və Vidayət Bədirov tutularaq istintaqa təqdim ediliblər. Bu şəxslərdən hazır satış üçün qablaşdırılan heroin, metamfetamin və marixuana aşkar edilib. 
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı isə  rayonun digər ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər – Şahlar Bədirxanov, Rövşən Fətəliyev, Fərid Mustafayev, Cəmilə Qurbanova, Rahil Abbasov və Xaqani Axundov saxlanılıblar. Onların da üzərindən külli miqdarda heroin, metamfetamin, marixuana və narkotik vasitələrin satışında istifadə etdikləri elektron tərəzilər aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər istintaqa cəlb olunublar və barələrində araşdırmalar davam etdiririlir. Narkotik vasitələrin dövriyyədən çıxarılması istiqamətində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 






www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol