• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəblilər arasında “AZERCELL CUP” proqramlaşdırma üzrə müsabiqənin final mərhələsi baş tutdu

Məktəblilər arasında “AZERCELL CUP” proqramlaşdırma üzrə müsabiqənin final mərhələsi baş tutdu
14.10.2021 13:03
Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı "Azercell Telekom” MMC-nin proqramlaşdırma üzrə elan etdiyi "AZERCELL CUP” müsabiqəsinin final mərhələsi keçirilib. ADA universitetində 6-8-ci sinif şagirdləri arasında baş tutan müsabiqədə iştirakçılara həll edilməsi üçün 5 alqoritmik məsələ və 3 saat vaxt verilib. Yarışın sonunda nəticələr və medalçılar elan olunub. tırladaq ki, müsabiqəyə qeydiyyat https://www.olimpiada.edu.az

saytı üzərindən aparılıb. Birinci tur onlayn şəkildə iyun ayının 27-də baş tutub. Müsabiqənin əsas məqsədi rəqəmsal texnologiyalara, informatika elminə, kompüter mühəndisliyi və proqramlaşdırmaya marağı olan məktəblilərə dəstək olmaqdır. Həmçinin müvafiq sahələr üzrə məntiqi təfəkkürün inkişaf səviyyəsi,  alqoritmik düşünmə qabiliyyəti və problem həlli bacarığı ilə fərqlənən  şagirdləri müəyyənləşdirərək onları həvəsləndirmək, beynəlxalq olimpiadalara hazırlıq məşğələlərinə cəlb etmək, onların fərdi və elmi inkişafına töhfə verməkdir. 

2017-ci ildən etibarən məktəblilərimizin Beynəlxalq İnformatika Olimpiadalarına hazırlıq prosesi Azercell şirkətinin köməyi ilə həyata keçirilir və onların inkişafı üçün təşəbbüslər davamlı olaraq dəstəklənir. Şirkət Azərbaycanın müxtəlif bölgələrindən və paytaxt məktəblərindən onlarla şagirdin hazırlıq prosesinə cəlb edilməsinə yardımçı olur. Belə ki, hazırlıqdan keçən şagirdlərimiz mötəbər beynəlxalq bilik yarışlarında yüksək nəticələr əldə edirlər. İndiyədək azərbaycanlı şagirdlər informatika fənni üzrə bilik yarışlarında 27 medal qazanıblar.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol