• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-dən avtomatik balans artırılması imkanı

Azercell-dən avtomatik balans artırılması imkanı
05.11.2021 16:25
"Birbank” mobil tətbiqində lider operatorun abunəçiləri üçün avtomatik ödəniş xidməti yaradılıb
 
5 milyondan artıq abunəçinin seçimi olan "Azercell Telekom” istifadəçilərinin həyatını rahatlaşdırmaq üçün yeni texnoloji həlləri hazırlamaqda davam edir. Gündəlik iş və məişət qayğıları bəzən mobil nömrənin balansına vaxtlı-vaxtında nəzarət etməyə əngəl törədir. Məhz bu prosesi sadəlişdirmək üçün Azercell-in təqdim etdiyi növbəti yenilik bütün Azercell Fakturasız Xətt abunəçilərinə öz nömrələrində balansı avtomatik artırmağa imkanını verir.

Noyabr ayından etibarən Azercell şirkəti "Kapital Bank” ASC-nin "BirBank” mobil tətbiqin daxilində "Mobil nömrənin balansının avtomatik artırılması” xidmətini istifadəyə verməklə abunəçiləri üçün mobil tətbiqə bağlı olan bank kartı hesabından avtomatik qaydada nömrəsinin balansına ödənişləri  həyata keçirməyi mümkün etdi.

Ödənişləri bir neçə meyara uyğun olaraq tənzimləmək mümkündür. Abunəçi istərsə, ödəniş üçün  müəyyən tarix seçə bilər. Bu zaman hər ay həmin tarixdə nömrənin balansı avtomatik olaraq "Birbank” tətbiqində qeydiyyatda olan bank hesabından artırılacaq. 

Avtomatik ödəniş üçün digər meyar - mobil nömrənin balansının minimum müəyyən edilmiş həddə çatması ilə bağlıdır. Bu funksiya seçildiyi halda, nömrənin balansı həmin həddə çatdıqda, avtomatik olaraq ödəniş baş tutacaq. 

Abunəçi avtomatik ödəniş üçün mobil nömrə balansının son istifadə tarixini də seçə bilər. Abunəçilər bu xidməti aktivləşdirmək üçün "BirBank” mobil tətbiqində müvafiq imkanlardan birini seçməlidirlər.  Qeyd edək ki, bu imkan ilk olaraq Azercell Fakturasız Xətt abunəçiləri üçün istifadəyə verilib. 

Avtomatlaşdırılmış balans artırılması xidmətinin tətbiqi abunəçilərin vaxtına qənaət etməsinə imkan yaradır,  onların işini asanlaşdırır. Artıq abunəçilərin daim balansı izləməsinə, balansın tükənməsi və istifadə imkanın aşılması üzündən xəttin bağlanması kimi məqamlar üçün narahat olmasına lüzum qalmır. Avtomatik ödəniş xidməti aktivləşdirib müvafiq meyarlardan birini seçməklə Azercell Fakturasız Xətt abunəçisi nömrəsinin daim işlək olmasından əmin olacaq. 

Müştəri məmnuniyyətini öz işinin əsas prinsipi hesab edən Azercell gündəlik həyatı rahatlaşdıran rəqəmsal xidmətlərin çeşidini artırmağı qarşısına məqsəd qoyub.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol