• $
  • €
  • ₽
  • ₺
  • £

AXCP fəalı Şahin Hacıyevə 7 il 6 ay həbs istənildi

AXCP fəalı Şahin Hacıyevə 7 il 6 ay həbs istənildi
30.03.2022 21:46
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Şahin Hacıyevə 7 il 6 ay həbs istənilib. Bu barədə Gəncə Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı tələb irəli sürüb. 

Məhkəmə sabah, martın 31-də müdafiə tərəfinin çıxışı ilə davam edəcək.

Şahin Hacıyev Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ittiham olunur.
 
"Hacıyevi saxlayandan sonra heç bir ekspertiza aparılmayıb, işə saxta rəy əlavə edilib. Yazıblar ki, məhkəmə-narkoloji ekspertizasının 29 noyabr tarixli rəyinə əsasən, Hacıyev heroindən sui-istifadə nəticəsində narkomaniyadan əziyyət çəkir. Lakin noyabrın 29-da heç bir narkoloji ekspetiza keçirilməyib. Şahin heç vaxt siqaret və spirtli içki istifadəçisi olmayıb,” onun vəkili Zabil Qəhrəmanov qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasından bildirilib ki, fəalın həbsinin əsl səbəbi onun sosial şəbəkələrdə hakimiyyətin ünvanına tənqidi yazıları ilə bağlıdır.
 
Ləman Qasımova


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol