• $
  • €
  • ₽
  • ₺
  • £

"Bəzən hakimlər də ədalətsiz qərar verir"- MƏHKUM

"Bəzən hakimlər də ədalətsiz qərar verir"- MƏHKUM
18.04.2022 14:30
Azərbaycanın məhkum qadınlar və yeniyetmə oğlanlar üçün  nəzərdə tutulmuş 4 saylı cəzaçəkmə müəssisəsində ümumilikdə 426 qadın, yetkinlik yaşına çatmayanların tərbiyə müəssisəsində isə 21 nəfər cəza çəkir. Onlardan biri Salihə Əsədovaya 8 il həbs cəzası verilib. Cəzasının 2 il 4 ayını başa vurub, 5 il 9 ayı qalıb.
 
Əsədovanın sözlərinə görə, o yaxşılıq etmək istəyib, amma yalanın qurbanı olub.  
 
"Lənkəranda doğulmuşam. Ailə həyatı qurdum,  daha sonra yoldaşım bizi tərk edib xaricə getdi. İki azyaşlı övladımı tək böyütmüşəm. 18 illik müəllimlik stajım var. 14 il ibtidai sinif müəllimi, 4 il bağça müəlliməsi işləmişəm. Anam uzun illər Lənkəran da həkim işləyib.  Evin yeganə övladıyam. Müəllim maaşı az olduğu üçün alver etməyə başladım. Daha sonra İrandan mal gətirib Azərbaycanda  satırdım.  Tanışlardan bir nəfər kişi  xahiş etdi ki, karqodan çanta gələcək, onu da götürərsən.  insanlıq üçün ona kömək  etdim. Bir müddət sonra əməliyyatçılar gəldilər və çantadan narkotik tapdılar. Yaxşlığımın nəticəsi bu oldu", - Əsədova deyib.
 
Onun iki qızı var. Biri  Bakı Ali Neft Akademiyasının dördüncü kurs tələbəsidir. İki ay sonra məzun olacaq. Amma ana qızının bu şad gününü görə bilməyəcək.  İkinci qızı isə tibb kollecində təhsil alır.
 
"Mən bir Azərbaycan kişisinə inandım. Xanımlara bunu deyə bilərəm ki, heç kimə inanmayın. Çalışın öz ayağınızın üzərində durun. Hakim mənə sual verdi ki, niyə etdin bunu? Maaşın səni qane etmirdi? Sübut edə bilmədim ki, insanlıq etmək istədim. Uşaqlarımı oxutmaq üçün əlavə pula ehtiyacım var idi. Mən sadəcə alver edirdim. Yalanın qurbanı oldum", - məhkum bildirib.
 

 
Əsədovanın fikrincə, hakimlər ona etinasız yanaşıblar.
 
"Bəzən elə olur ki, hakimlər ədalətsiz qərar verir. Mən narkotikin alışından, satışından xəbərsiz idim. Düzgün qərar çıxarmadılar. Mən sadəcə bilmədən çantanı saxlamışam. Nəticədə  8 il iş...", - xanım deyir.
 

 
Uşaqlarından neçə il ayrı düşən qadın anasından və övladlarından bağışlanmağını istəyir. 
 
"Anamdan, övladlarımdan məni bağışlamalarını istəyirəm, xalqım məni bağışlasın. Bütün qohumlarım məndən üz döndərib. Çöldəki insanlar bizə cinayətkar kimi baxırlar. Ancaq mənim bir günahım yoxdur. Mən aldanıb bura düşmüşəm. Hər birimiz bir ananın övladıyıq, bir çiçəyik. Mən bilirəm ki, burdan çıxdıqdan sonra əvvəlki peşəmə qayıda bilməyəcəm. Bu da məni çox incidir. Yenidən sinif otağıma keçib, şagirdlərimi salamlamaq, onların səsini eşitmək istəyirəm. Ən böyük arzum əfv olunmağımdır, anamın övladlarımın yayına getməkdir. Mən burdan bütün xanımlara səslənirəm günah etməyin. Cinayətin sonu bura gəlib çıxır. Mən müəlliməyəm, səhvə yol verməməliydim. Öz səhvimdən utanıram. Qaldığımız müəssisədə aşbaz kimi işçilərə kömək edirəm. Vaxtımın çox   hissəsini burda  keçirirəm. Bura yaxşı yer olsa da, azadlığın yerini heç nə vermir", - Əsədova əlavə edib.
 
Ədliyyə Nazirliyi tərəfindən qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün Bakıda yeni inşa olunan müasir penitensiar müəssisələrdə yaradılan şəraitlə tanış olmaq üçün mediatur təşkil olunub. İnşa edilən yeni müəssisələrdə nümunəvi şərait yaradılıb, istirahət, psixoloq, ibadət otaqları və digər otaqlar ayrılıb, məhbusların faydalı işlə məşğul olmaları üçün istehsalat sahələri təşkil edilib. Müəssisədə məhkumların asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə idman sahələri, təhsil və peşə ixtisaslarına yiyələnmələri üçün lazımi infrastruktur yaradılıb. 




 

 

Aytac Zeynalova



Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol