• $
  • €
  • ₽
  • ₺
  • £

Yağan leysan yağışlar nəticəsində çaylarda sululuq artıb

Yağan leysan yağışlar nəticəsində çaylarda sululuq artıb
27.05.2022 15:25
Yağan intensiv yağışlardan sonra Respublikanın əksər çaylarında sululuq artıb, Böyük və Kiçik Qafqazın bəzi çaylarından isə qısamüddətli daşqın və sel keçib.
 
Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

"Yağan intensiv leysan yağışlardan sonra Böyük Qafqazın ərazisindən axan Göyçay, Türyançay, Dəmiraparançay, Girdimançay, Pirsaatçay və Kiçik Qafqazın ərazisindən axan Gəncəçay, Əsrikçay, Axıncaçay çaylarından sel keçib”.

Asif Verdiyev bildirib ki, Böyük Qafqazın cənub yamacından axan Göyçay, Türyançay və Girdimançaydan keçən sel nəticəsində mayın 26-27-də Kür çayının Zərdab məntəqəsində suyun səviyyəsi 135 sm, Surrada 108 sm, Şirvanda 80 sm, Salyanda 62 sm, Bankə məntəqəsində isə 10 sm artıb. Gün ərzində Kür çayında aparılan müşahidələrə əsasən çayda suyun səviyyəsinin artımı davam edir.

"Kürün aşağı axınında gündəlik aparılan monitorinqlərin nəticələri də onu göstərir ki, çayda şirinləşmə davam edir və Kür öz normal vəziyyətində dənizə axır”.
Xidmət rəsmisinin sözlərinə görə, həftənin sonunadək hava şəraitinin əsasən yağmursuz keçəcəyi ilə əlaqədar çaylarda sululuğun azalması, lakin Kür çayınınn aşağı axınında səviyyənin artımının davam edəcəyi gözlənilir. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol