• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunda kondisioneri olan qatarların sayı açıqlanıb

Bakı metrosunda kondisioneri olan qatarların sayı açıqlanıb
01.06.2022 14:43
Bakı Metrosunda olan kondisionerli qatarlarda mikroiqlim sistemi ilin bütün fəsillərində aktivdir. Bunu "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Bəxtiyar Məmmədovun sözlərinə görə, müasir qatarlarda temperatur avtomatik tənzimlənir:

"Hazırda metroda 19 qatar yaxud 95 vaqonda mikroiqlim tənzimlənməsi sistemi var və standart olaraq 25 dərəcə götürülür. Amma sərnişin sıxlığından asılı olaraq sistemin iş rejimi də dəyişir. Hətta stansiyalar arasındakı məsafə, qapıların açılıb bağlanma tezliyi də temperatura təsir edir”.

"Bakı Metropoliteni” sözçüsü səhhətində problem olan sərnişinlərin maşinistlə əlaqə saxlamasını tövsiyə edib:

"Sistem vaqondakı havanın temperaturunu və təmizliyini avtomatik nizamladığından sərnişin sayı artdıqca temperaturu daha da aşağı salır. Amma əgər hər-hansı sərnişin mövcud temperaturla bağlı səhhətində narahatlıq hissi keçirərsə və daha soyuq temperatura ehtiyacı olarsa xahiş edirik ki, "sərnişin-maşinist rabitə vasitəsi” ilə maşinistlə əlaqə saxlasın. Bu zaman isə maşinist vaqondakı temperaturu mexaniki yolla müəyyən edilmiş daha soyuq həddə sala bilər”.
Qeyd edək ki, hazırda "Bakı Metropoliteni”nin ümumilikdə 315 vaqonu yaxud 63 qatarı var. Lakin onlardan 95 vaqon və ya 19 qatar müasir standartlara cavab verir. Gün ərzində isə xəttə 40-45 qatar buraxılır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol