• $
  • €
  • ₽
  • ₺
  • £

24 minə yaxın reabilitasiya vasitəsi verilib - RƏSMİ

24 minə yaxın reabilitasiya vasitəsi verilib - RƏSMİ
21.06.2022 12:26
2022-ci il ilk 5 ayı ərzində isə 5411 nəfərə 23 min 910 reabilitasiya vasitəsi verilib. Bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Keyfiyyətə nəzarət şöbəsinin müdiri Bahadur Rzayev "Sosial saat"da açıqlama yayıb.

O bildirib ki, 1300-ə yaxın ambulator, 4800-dən çox stasionar reabilitasiya xidməti təmin edilib.

"Eyni zamanda 4500-ə yaxın icma əsaslı reabilitasiya xidməti göstərilib. 6200-ə yaxın vətənda onlayn seanslara cəlb olunub. Sosial psixoloji dəstək layihəsi çərçivəsində isə 766 nəfər xidmətlərə cəlb olunub. Ümumilikdə 17 mindən çox xidmət vətəndaşlara təqdim olunub. Yanvarın 24-dən bəri reabilitasiya xidməti almaq üçün 8500-dən çox vətəndaş rezervasiya formalaşdırılıb. Vətəndaşlar şəxsiyyət vəsiqələri ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yaxınlaşmaqla istədikləri tarixləri seçib, rezervasiya edə bilərlər. Bunun üçün əks-göstərişin olub-olmaması müəyyənləşdirilir", - o deyib.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təkcə cari ilin yanvar-martı ərzində 2958 əlilliyi olan şəxsə 13084 reabilitasiya vasitəsi verilib. bu kateqoriyadan olan şəxslər 262 ədəd aşağı ətraf protezi, 41 ədəd yuxarı ətraf protezi, 426 ortez, 3830 hərəkət dayaq vasitələri,1354 cüt protez ayaqqabı ilə təmin ediliblər. Onların həmçinin 1372 ortopedik ayaqqabı, 444 ədəd eşitmə aparatla və s. təminatı həyata keçirilib. Son 3 ayda 543 əlilliyi olan şəxsə təkərli oturacaq verilib ki, onlardan bir qismi mühərrikli təkərli oturacaqlar. Müharibə əlillərinin yüksək texnologiyalı protezlə təminatı cari ilin ilk rübündə də davam edib və ümumilikdə bu proqram üzrə 270  nəfər müharibə əlili yüksək texnologiyalı 290 ədəd müasir 4-cü nəsil protezlə təmin edilib.
 
"Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. ( https://e-qanun.az/framework/46499 ) 
 
Ləman Qasımova

 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol