• $
  • €
  • ₽
  • ₺
  • £

Qurban bayramında ətin qiyməti bahalaşacaq- EKSPERTLƏR ŞƏRH EDİR

Qurban bayramında ətin qiyməti bahalaşacaq- EKSPERTLƏR ŞƏRH EDİR
29.06.2022 15:23
Azərbaycanda son günlər ətin bahalaşması ilə bağlı məlumatlar yayılıb. Hazırda quzu ətinin bir kiloqramının qiyməti 13, erkək dana ətinin qiyməti isə 12 manatdır.
 
Hər il Qurban bayramı ərəfəsində ətin qiymətində müəyyən dəyişiklik olur. Bu, əsasən satıcıların süni şəkildə qiymət artırmaları ilə əlaqələndirilir və bir müddət sonra qiymətlər normallaşır. 

Bəs, 2022-ci ilin Qurban bayramı ərəfəsində qiymətlərin artması gözlənilirmi?
 
İqtisadçı Asif Məmmədov bildirir ki, qurban bayramı ilə bağlı satışa çıxarılacaq heyvanların qiymətinin bayram ərəfəsində bahalaşacağı gözlənilir.
 
"Qurban ətinə tələbatın artacağını nəzərə alsaq, dövrü bahalaşma yaşanacaq. Məhsulun ərsəyə gəlməsinə çəkilən xərclər, lisenziyaya icazə, daşınma, vergi xərcləri, əmək haqqı və digər xərclər toplanıb, qiymət müəyyən olunur. Xərclərin artırılması nəticəsində bahalaşama özünü göstərir. Bəziləri bunu süni bahalaşma kimi qəbul edir. Ancaq bu süni bahalaşma deyil. Bildiyiniz kimi tələb təklifi üstələyir. Eyni zamanda Azərbaycana Rusiyadan, Ukraynadan iribuynuzlu mal qara gətirilirdi. Muharibə nəticədə Rusiyaya  sanksiya və məhdudiyətlər çətinliklər yaratmışdır",- iqtisadçı bildirib.
 
İqtisadçı Xalid Kərimli söyləyir ki, Qurban bayramı ərəfəsində ətə olan təlabatın artacağına görə qiymət bahalaşacaq. Bahalaşma isə qısa müddətli olacaq. Bir müddətdən sonra qiymətlər stabilləşəcək. 
 
Bazarda satıcılardan Qurbanlıq üçün heyvanların qiymətini maraqlandıq.
 
Satıcıların sözlərinə görə, ötən illə müqayisədə bu il qurbanlıq heyvanların qiyməti 15-20 manat bahadır. Ətin bir kiloqramında da 2 manata kimi bahalaşma müşahidə edilir. Bazarda 14-15 kiloqramlıq quzuların qiyməti 190-200 manatdır. Yarmarkada 12-14 kiloqramlıq qurbanlıq heyvan 150-160 AZN, 16-17 kiloqramlıq qurbanlıq qoç isə 180-200 manatdır.  Ət kəsimi məntəqələrində Qurbanlıq heyvanı diri almaq istədikdə kiloqramı 11 manatdan hesablanır.
 
Ətin qiymətinin ucuzlaşacağını ümid edən alıcılar da bazarlarda rast gəlinir. Onlar,  Baş nazir Əli Əsədovun imzaladığı qərarın qiymətlərdə ucuzlaşmaya səbəb olacağını düşünürlər.

Baş nazir Əli Əsədovun iyunun 22-də qəbul etdiyi qərarı ilə heyvana görə baytarlıq pasportunun alınması zərurəti və bununla bağlı 20 manatlıq dövlət rüsumu ləğv edilir. Bu isə öz növbəsində heyvan ətinə çəkilən xərcin azalmasına səbəb olacaq.

İqtisadçı Natiq Cəfərli bu qiymətin nəzərəçarpan olmayacağı qənaətindədir.

"15-20 kiloluq bir qoyunun kəsilib satılmasında hər kiloqramda 50 qəpik-1 manat arası fərq edə bilər. Amma 250-300 kiloluq iri buynuzlu mal-qarada 20-25 manat hər kiloqrama bir neçə, 1-2 qəpik təsir edə bilər. Burda ciddi bir qiymət azalmasından söhbət getmir”, - o bildirib.

2022-ci ilin yanvar-mayında Azərbaycana 26 716,9 min dollar dəyərində 15 340,04 ton ət idxal edilib. Dövlət Gömrük Komitəsinin hesablamalara görə, bu, bir il öncəki göstəricidən müvafiq olaraq dəyər ifadəsində 3,5%, həcm göstəricisi üzrə isə 4,5% çoxdur.
 
Aytac Zeynalova



































 
 
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol