Bakı metrosunda gediş haqqı artırılacaq? - AÇIQLAMA

Bakı metrosunda gediş haqqının artırılacağı ilə bağlı iddialar yayılıb.
Məsələ ilə bağlı "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, "Bakı Metropoliteni” QSC metropolitendə gediş haqqı qiymətlərini tənzimləmir və belə bir səlahiyyəti yoxdur.
"Tənzimləmə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının səlahiyyətinə daxildir”.
"Bakı Metropoliteni” QSC aidiyyəti dövlət strukturları qarşısında dövrü hesabatlar, o cümlədən maliyyə hesabatını təqdim edir.
www.anews.az
























