2026-cı ilədək tikiləcək əsas daxili və transsərhəd yollar açıqlanıb

Daxili və transsərhəd yol-nəqliyyat infrastrukturunun tikintisinin həyata keçirilməsi və zəruri sistemlə təmini nəzərdə tutulub.
Planın əsas icraçısı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir.
İlkin olaraq müvafiq yol-nəqliyyat infrastrukturunun tikintisinə dair tədbirlər icra ediləcək. Tədbirlər Planına əsasən, 2022-2026-ci illərdə Astara çayı üzərində körpünün tikintisi, Muğanlı‒İsmayıllı‒Qəbələ avtomobil yolunun və Ağsuçay üzərində körpünün tikintisi, Bakı‒Quba‒Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi həyata keçiriləcək.
www.anews.az
Son xəbərlər 
Daha çox 























