• $
  • €
  • ₽
  • ₺
  • £

“Azercell”dən abunəçilərinə xəbərdarlıq

“Azercell”dən abunəçilərinə xəbərdarlıq
17.08.2022 17:48
Bəzi abunəçilər son zamanlar "Azercell Telekom” MMC adından saxta yolla nömrə təklifi və satışı ilə bağlı dələduzluq halları ilə qarşılaşmalı olur.


"Azercell Telekom”dan verilən məlumata görə, bundan əlavə, fırıldaqçıların şirkətimiz adından abunəçilər ilə əlaqə saxlaması, təklif olunan saxta nömrə ilə bağlı şəxsiyyət vəsiqəsi məlumatlarının ötürülməsi və ödənişin edilməsinə dair tələblərini irəli sürməsi hallarına da rast gəlinir. Müştərilərimizdən gələn müraciətlər əsasında Azercell şirkəti tərəfindən aparılmış yoxlamalar onu göstərir ki, saxta yolla göndərilən nömrənin abunəçi adına rəsmiləşdirilməsi ilə bağlı Azercell və ya şirkətin nömrə satışını həyata keçirən rəsmi dilerləri tərəfindən hər-hansı bir əməliyyat aparılmayıb. Qeyd olunan xoşagəlməz halların "Azercell Telekom” ilə heç bir əlaqəsi olmadığını nəzərə alaraq zərər çəkmiş vətəndaşların hüquq mühafizə orqanlarına müraciət etməsi tövsiyə edilir. Həmçinin, abunəçilərə vaxtaşırı SMS bildirişlərin göndərilməsi, eləcə də, Azercell-in rəsmi saytı və sosial şəbəkə səhifələrində məlumatların yerləşdirilməsi yolu ilə şirkətimiz tərəfindən maarifləndirmə tədbirləri həyata keçirilir.


Bütün yuxarıda sadalananları nəzərə alaraq, Azercell şirkəti abunəçilərini nömrə seçimi və sifarişi zamanı yarana biləcək saxtakarlıq və dələduzluq hallarının qarşısını almaq üçün əsas təhlükəsizlik tövsiyələrinə riayət etməyə çağırır:


- Tanımadığınız şəxslər tərəfindən saxta yolla nömrə təklifi etmək və ya məlumat almaq məqsədilə edilən zənglərə qarşı diqqətli olun;


- Naməlum şəxslərdən gələn zəng və ya SMS-lərdə əsasında ödənişlər etməyin;


- Etibar etmədiyiniz mənbələrlə şəxsiyyət vəsiqəsinin məlumatlarını paylaşmayın;


- Eləcə də, şübhəli məzmunlu internet saytlardan istifadə etməyin və orada keçirilən müxtəlif oyun, yarışma və sairlərdən yararlanmayın;


- gələn sms, whats app mesajlarındakı şübhəli linklərə keçid etməyin;


- Yeni nömrə əldə etmək məqsədilə yalnız Azercell şirkətinin rəsmi mənbələrindən istifadə edin:


• Rəsmi satış kanalı: www.azercellim.com saytı;


• Azercell Eksklüziv mağazaları, eləcə də rəsmi diler şəbəkəsinin ünvanları və əlaqə nömrələri: https://www.azercell.com/az/personal/azercell-stores.html ;


Abunəçilər yuxarıdakı linkdən istifadə edərək Azercell-in rəsmi dilerləri tərəfindən göndərilən nömrə təkliflərinin etibarlılığını yoxlamaq üçün nömrə siyahısını nəzərdən keçirə bilər.


- Yarana biləcək hər-hansı sual ilə bağlı yalnız Azercell şirkətinin rəsmi əlaqə vasitələrindən birinə müraciət edin:


• Online Müştəri Xidmətləri https://www.azercell.com/az/


• Azercell-in rəsmi Facebook, Twitter və Instagram səhifələri;


• Azercell Telefon Mərkəzi:


- Fakturalı Xətt Abunəçiləri: +994(012) 4905252 şəhər nömrəsi və ya 6565 qısa nömrəsinə


- Fakturasız Xətt (SimSim) Abunəçiləri: +994(012) 4904949 şəhər nömrəsi və ya 2002 qısa nömrəsinə.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol