• $
  • €
  • ₽
  • ₺
  • £

Özünü yandıran qazinin vəziyyəti ağırdır - RƏSMİ

Özünü yandıran qazinin vəziyyəti ağırdır - RƏSMİ
19.08.2022 09:50
Samuxda İcra Hakimiyyəti qarşısında özünü yandıran şəxsin vəziyyəti ağırdır. Bu barədə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”(TƏBİB) publik hüquqi şəxsin mətbuat xidmətindən bildirilib.

"Təbriz Abdullayev 18.08.2022-ci il saat 16:30 radələrində Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə bədəninin 75-80% yanığı, III-IV dərəcəli termiki alov xəsarəti ilə daxil olub. Hazırda reanimasiya şöbəsində həkim nəzarəti altındadır, vəziyyəti ağırdır"- qurumdan bildirilib.

Avqustun 18-də Samux rayon sakini  Təbriz Abdullayevin Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandırmağa cəhd edib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

İddia olunur ki, intihara cəhd edən şəxs müharibə iştirakçısıdır.
 
Baş Prokurorluğun mətbuat xidmətindən verilən açıqlamaya görə, fakt araşdırılır. 
 
"Avqustun 18-də, saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayevin Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd etməsi faktı ilə bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır", -  qurumdan deyilib.
 
Gənc Qazilər İctimai Birliyinin  sədri Hacı Vəliyev bildirib ki, Abdullayev İcra Hakmiyyətindən narazıdır.
 
""Gənc Qazilər” İB-nin Samux rayon şöbəsinin sədri Təbriz Abdullayevin vəziyyəti qənaətbəxşdir. Yandırmağa səbəbkar Samux rayon icra hakimiyyətinin başçısıdır. Bir ilə yaxındır ki, icra başçısından dövlət tərəfindən ona verlecək torpağı ala bilmirmiş. Beş nəfər öz adamlarına verib digərlərində verməyib", - o yazıb.
 
Samux Rayon İcra Hakimiyyətindən məsələyə rəy almaq istəsək də, əlaqə yarada bilmədik. 

Ləman Qasımova


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol