Özünü yandıran qazi vəfat edib

Özünü yandıraraq intihara cəhd edən qazi vəfat edib. Bu barədə digər bir qazi Hacı Vəliyev özünün sosial şəbəkədəki hesabında paylaşım edib.
Sentyabrın 12-də sosial şəbəkələrdə Vətən müharibəsi qazisi Elnur Rüstəmovun Xəzər rayon Buzovna kəndinin bələdiyyəsinin özbaşınalığına etiraz olaraq özünü yandırması ilə bağlı məlumat yayılmışdı. Onun ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilirdi.
www.anews.az
























