Azərbaycanda 9 ayda sərnişindaşmaların sayı məlum oldu

2022-ci ilin yanvar-sentyabrda avtomobil nəqliyyatı vasitəsilə 1165,2 milyon sərnişin daşınıb. Sərnişinlərin 94 faizi avtobus, 6 faizi minik taksilərindən istifadə edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Metro xidmətindən istrifadə edən sərnişinlərin sayı isə 3.8 dəfə artaraq 146.7 nəfər olub.
2022-ci ilin 9 ayında hava nəqliyyatdan isə 1656,6 min nəfər istifadə edib. Bu nəqliyyat daşımaların 99,6 faizi dövlət, 0,4 faizi isə özəl müəssisələrin payına düşür.
Həyat Hacıyeva
www.anews.az
























