• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı 2040-cı ilə qədər belə ola bilər - VİDEO

Bakı 2040-cı ilə qədər belə ola bilər - VİDEO
19.10.2022 11:05
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış Bakı şəhərinin Baş Planı bir neçə gündür sosial şəbəkələrdə müzakirələrə səbəb olub.  Almaniyanın şəhərsalma şirkəti ilə birlikdə işlənilmiş yeni Baş Plan konsepsiyasında paytaxtın 2040-cı ilədək olan dövr üçün inkişaf prioritetləri müəyyən olunub. 

Ötən gün Şəhər və Regional Planlaşdırma Cəmiyyətinin rəsmi yutub kanalında şəhərin Baş Planını əks etdirən görüntülər yayılıb. Görüntülərdən aydın olur ki, paytaxtda 2040-cı ilə qədər 54 kilometrlik tramvay xətti çəkiləcək və Bakı Metropoliteninin stansiyalarının sayı 47-yə çatdırılacaq. Həmçinin Böyükşor gölünün ətrafında istirahət zonası salınacaq.  


Baş Planda paytaxtın 213500 hektarlıq bütün inzibati ərazisi  əhatə olunub. Bundan başqa, sənədə əsasən ekoloji durumun yaxşılaşdırılması istiqamətində çirklənmiş ərazilərin sağlamlaşdırılması, yaşıllıqların artırılması, əhalinin mobilliyini təmin edən çoxnövlü nəqliyyat sisteminin yaradılması üzrə təklif edilən tranzit qovşaqları, küçə-yol şəbəkəsi və "yaşıl hibrid dəhlizlər” üzrə həllər, şəhərin tarixi simasının qorunub saxlanılması məqsədilə xüsusi mühafizə zonasının yaradılması kimi tədbirlərin görülməsi planlaşdırılıb.


Həmin videogörüntüləri təqdim edirik:

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol